Koronavirus Çində laboratoriyadan ‘sızıb’ – hesabat
3-08-2021, 09:09
Çin genetikası dəyişdirilmiş koronavirusun Vuhandakı obyektdən sızdırılması versiyasını rədd edir Yetərincə dəlil COVID-19 pandemiyasına səbəb olmuş virusun Çində tədqiqat obyektindən sızdığını göstərir. ABŞ-da respublikaçılar bazar ertəsi – avqustun 2-də belə bir hesabat yayıblar. Bu haqda yazan “Reuters” agentliyi ABŞ kəşfiyyat agentliklərinin belə bir qənaətə gəlmədiyini də qeyd edir. Hesabatda “çoxlu dəlilə” istinadla deyilir ki, Vuhan Virusologiya İnstitutunun alimləri ABŞ və Çin ekspertlərinin köməyi və ABŞ hökumətinin vəsaitilə koronavirusları insanı yoluxdurmaq üçün modifikasiya etməyə çalışıblar və belə bir manipulyasiya gizlədilə bilərdi. Versiyalar Hesabatı Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparıcı respublikaçı üzvü Mayk Makkol açıqlayıb. Sənəddə COVID-19 pandemiyasının mənşəyi üzrə hər iki partiyanın iştirakıyla araşdırma aparmaq çağırışı yer alıb. İndiyədək pandemiya dünyada 4.4 milyon nəfərin ölümünə səbəb olub. Çin genetikası dəyişdirilmiş koronavirusun Vuhandakı obyektdən sızdırılması versiyasını rədd edir. Bəzi ekspertlər bu təsdiqlənməmiş nəzəriyyəyə inanırlar. Pekin isə nəyisə ört-basdır etməsilə bağlı iddiaları təkzib edir. COVID-19-a ilk yoluxmalar 2019-cu ilin sonunda məhz Vuhanda aşkarlanıb. Bir qisim ekspertlərin fikrincə isə Vuhanda dəniz məhsulları satılan bazarda heyvan virusunun insanlara keçməsi pandemiyaya səbəb olub. “Diri heyvan bazarının pandemiyanın mənşəyi kimi tamamilə kənara atılmasının vaxtının çatdığına inanırıq. Eyni zamanda inanırıq ki, daha çox dəlil virusun Vuhan Virusologiya İnstitutundan, həm də 2019-cu il sentyabrın 12-dək sızdığını göstərir”, – hesabatda deyilir. COVID-19-a ilk yoluxmalar 2019-cu ilin sonunda məhz Vuhanda aşkarlanıb. Bir qisim ekspertlərin fikrincə isə Vuhanda dəniz məhsulları satılan bazarda heyvan virusunun insanlara keçməsi pandemiyaya səbəb olub. “Diri heyvan bazarının pandemiyanın mənşəyi kimi tamamilə kənara atılmasının vaxtının çatdığına inanırıq. Eyni zamanda inanırıq ki, daha çox dəlil virusun Vuhan Virusologiya İnstitutundan, həm də 2019-cu il sentyabrın 12-dək sızdığını göstərir”, – hesabatda deyilir.