Dünya ölkələri koronavirusa yoluxma sayının kəskin artması səbəbi ilə yenidən karantin tədbirlərini sərtləşdirməyə başlayıb.Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
*Məlumata görə, Fransada COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı artır.*Britaniyada isə Nazirlər Kabineti “qırmızı” və “sarı” ölkələrin siyahısını yeniləməyə hazırlaşır. Bu ölkələrə giriş qaydalarının sərtləşdiriləcəyi planlaşdırılır.*ABŞ-da da vəziyyət gərginləşir. Nyu- York qubernatoru özəl müəssisələri yalnız peyvənd edilmiş ziyarətçilərə xidmət etməyə çağırıb.*Bunabənzər qaydalar bazar ertəsindən etibarən Səudiyyə Ərəbistanında da tətbiq olunur. Belə ki, ictimai yerlərə yalnız peyvənd olunmuş şəxslər buraxılır.*Avstraliyanın Brisben şəhərində tam qapanma "Delta"ştammının yayılması səbəbindən bir həftə də uzadılıb. Ölkənin digər iki böyük şəhəri Sidney və Melburn da karantindədir.*Yunanıstanda may ayında bir neçə məhdudiyyət aradan götürülsə də, ölkəyə məxsus bir neçə adada karantin müddəti uzadılıb.*Pakistanın Karaçı şəhərində isə tətbiq edilən karantin müddəti avqustun 8-nə qədər uzadılıb.* Bir neçə ölkədə karantin qaydaları nisbətən yumşaldılıb. Bu ölkələr sırasına Danimarka və Portuqaliya daxildir.Sevinc Tapdıqqızı
Cebhe.info