Türkiyədə meşələri kütləvi yandırmaqla ekoloji terror törədən “Alovun uşaqları” qruplaşması barədə yeni məlumatlar ortaya çıxır.Özlərini
“Alovun uşaqları” adlandıranların əslində PKK terror təşkilatının bir qolu olduğu hər kəsə yaxşı məlumdur. Qruplaşmanın PKK-nın terror başçısı Murad Karailanın tabeliyində olması və meşələri yandırmaq barədə təlimatı ondan alması bunu bir daha sübut edir. Son hadisələr onların fəaliyyətini genişləndirdiyini göstərir. Türkiyənin hüquq-mühafizə və təhlükəsizlik orqanları sözügedən terror qruplaşması ilə bağlı ictimaiyyətə hələlik geniş açıqlama vermir. Çox güman ki, bu da “Alovun uşaqları” ilə bağlı məxfi araşdırmaların aparılması ilə bağlıdır.
Buna baxmayaraq, indi həm Türkiyə, həm də beynəlxalq ictimai dairələrdə bir sual səslənir: ““Alovun uşaqları” kimdir?”Cebhe.info həmin suala cavab tapmaq üçün araşdırma apararaq bir sıra faktlar aşkara çıxarıb. Qeyd edək ki, adıçəkilən terror şəbəkəsi barədə məlumat əslində Türkiyənin dövlət orqanlarına və cəmiyyətə daha əvvəldən tanışdır. Bu da PKK-nın “Alovun uşaqları” adı altında Türkiyədə artıq üçüncü ildir ki, ardıcıl yanğınlar törətməsi ilə bağlıdır. Qruplaşma 2019-cu ildə yaradılıb. Diqqətdən yayınmaq üçün terrorçular kürd dilindən istifadə etməklə “Orospu çocukları” deyə bilmədiklərinə görə türk dilində “Ateşin çocukları” (Alovun uşaqları) ifadəsini işlədiblər. Digər ehtimallara görə, cinayətkar dəstə yanğınların məhz türklərə qarşı yönəldiyini çatdırmaq üçün “ateş” (alov) sözünü seçib.
Təşkilat haqqında ilk məlumat 2019-cu ilin avqust ayında Türkiyənin bir sıra bölgələrində törədilmiş genişmiqyaslı yanğın terrorundan sonra meydana çıxıb. 2019-cu il avqustun 26-da Türkiyədəki sosial şəbəkələrdə yayılmış bir məlumatda terror qruplaşmasının bu addımı “kürdüstanda yanan ağaçların əvəzində İzmirdə meşələri yandırmaq” kimi qisasçı ideologiya ilə izah edilərək tənqidə məruz qalmışdı.
Həmin dövrdə Türkiyə mediasında yayılan məlumatlardan aydın olur ki, “Alovun uşaqları” terror qruplaşması öz cinayətkar fəaliyyətini təbliğ etmək məqsədilə veb sayt yaradıb. Təşkilatın meşə yanğınları terroru barədə ilk açıqlaması da “www.nuceciwan28.com” adlı saytda yerləşdirilib. Xəbər saytının data məlumatları araşdırıldığında onun 2019-cu il iyulun 31-də açıldığı və fəaliyyətə başladığı müəyyən edilib. Saytın “domain” adı “nucecıwan28.com”, “domain” qeydiyyat ünvanı “2418642261_domaın_com-vrsn”, data server qeydiyyatçısı “whois.freenom.com” göstərilir.
Saytda qeyd edilən açıqlamalar göstərir ki, 2019-cu il avqustun 4-də İzmir vilayətinin Foça rayonunda 4 hektar meşə PKK-çılar tərəfindən yandırılıb. Avqustun 7-də isə Muğla vilayənin Bodrum bölgəsi və Mumcular adlanan ərazidə meşə sahəsi yandırılıb. Üç gün sonra “Alovun uşaqları” Çanakqalanın Eceabat rayonunda 100 hektarlıq meşə massivinə od vuraraq ekoloji terror törədib. Avqustuin 11-də isə “Alovun uşaqları” daha geniş miqyasda yanğınlar törədib. İstanbul Pendikde yerləşən Köçbəyli kəndi ətrafındakı meşəlik, Mersin vilayətinin Bozyazı rayonundakı meşə sahəsində, Afyonkarahisar vilayətinin Başmakçı rayonundakı Deliktaş ərasində, Antalyanın Kumluca bölgəsinin Papaz kəndindəki 10 hektar meşə sahəsində, elə həmin gün Bursanın İznik rayonunun Hisardere qəsəbəsindəki Doruk deyilən ərazidə geniş meşə zolağını yandırıblar.
Bundan başqa, avqustun 12-də Balıkesir vilayətinin Marmara rayonunda meşəliyə od vurulması polis məntəqlərinin yanmasına səbəb olub. Avqustun 18-də isə “Alovun uşaqları” İzmir vilayətinin müxtəlif ərazilərində beş genişmiqyaslı yanğın törədib. Hətta İzmirin Qarabağlar rayonunda 500 hektar meşə sahəsi yandırılaraq məhv edilib. Bundan başqa, “Alovun uşaqları” avqustun 19-22-də Muğla və Balıkesir vilayətində 3 böyük meşə yanğını törədib. Hazırda alovlara qərq olan Antalyanın Manavqat bölgəsi 2019-cu il avqustun 23-də də ekoloji terrora məruz qalıb. Bir gün sonra isə Kütahyanın Gediz rayonunda 8 hektarlıq meşə sahəsi, Mersin vilayətinin Tarsis rayonunda meşə massivi, Edirne vilayənin Keşan bölgəsində meşəlik ərazi, Uşaq vilayətinin Banaz rayonunda meşə sahəsi yandırılıb.
Əldə olan məlumatlar təsdiq edir ki, həm 2019-cu ildə, həm 2020-ci ildə Hatay vilayətində, eləcə də son yanğınları törətməyi Murad Qarailan tapşırıb.
Müşfiq Abdulla
Cebhe.info