Bərdədə ermənilərin kassetli bombardmanı zamanı yaralanmış, bir qolunu itirmiş yerli sakin Arzu Aslanov bu günlərdə icra başçısı Vidadi İsayevin qəbuluna gedib.
Anaxeber.info məlumat verir ki, erməni terrorundan zərər çəkmiş vətəndaş yardım üçün icra başçısına müraciət etsə də, kuryoz cavabla qarşılaşıb. V.İsayev A.Aslanova gözlənilmədən deyib ki, “sən Ağdamın icra hakimi Vaqif Həsənovun yanına get, insan adamdır...” Bu sözdən təəccüblənən Bərdə sakini icra başçısına nə cavab verəcəyini bilməyib. Amma onun yerinə bizim cavabımız hazırdır - Ağdamın icra başçısı insan adamdırsa, Bərdənin başçısı Vidadi İsayev bəs necə adamdır?! Məgər özü insan adam deyil? Görəsən Bərdənin icra başçısı özünü niyə təhqir edib? Yoxsa vətəndaşı ələ salmaq istəyib?
Anaxeber.info