ABŞ donanmasının iyulun 31-də bildirməsinə görə, “Mercer Street” tankeri “dron zərbəsi”nə məruz qalıb. İsrail İrana qarşı hərbi əməliyyata hazır olduğunu bəyan edib. Bunu, avqustun 5-də ölkənin müdafiə naziri Benny Gantz bildirib. İsrail, Birləşmiş Ştatlar və Böyük Britaniya hesab edirlər ki, iyulun 29-da Oman körfəzində İsrailin “Zidiac Maritime” şirkəti tərəfindən idarə olunan, Liberiya bayrağı altınfda üzən və Yaponiyaya məxsus tankerə hücumun arxasında İran durur. Amma bu ölkələrdən heç biri hələlik bununla bağlı rəsmi sübutlar təqdim etməyiblər. İran bu hücumda əli olmadığını bəyan edib. ABŞ və digər rəsmilərin sözlərinə görə tankerə hücum pilotsuz aparatla törədilib.Hücum nəticəsində 1 britaniyalı və 1 rumınyalı heyət üzvü həlak olub.ABŞ donanmasının iyulun 31-də bildirməsinə görə, “Mercer Street” tankeri “dron zərbəsi”nə məruz qalıb. USS Ronald Reagan təyyarədaşıyan gəmisi və USS Mitscher eskadronu tankeri təhlükəsiz limana aparıb. “Mercer Street” tankerini Londonda yerləşən, israilli milyarder Eyal Oferin “Zodiac Group” şirkətinə aid “Zodiac Maritime” idarə edir. Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trump 2018-ci ildə İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib. Bundan sonra Fars Körfəzində gərginlik artıb. İndi İsrail bu sazişin bərpa edilməsi ilə bağlı beynəlxalq səylərə qarşı çıxır. ABŞ Dövlət katibi Antony Blinken Britaniyanın ardınca, tankerə hücuma, kiollektiv cavab verilcəyini bəyan edib. Tehransa təhlükəsizliyinə qarşı istənilən təhdidə cəld cavab veriləcəyini bəyan edib.