"Putin məni Gürcüstana qayıtmağa qoymur..."

7-08-2021, 09:59   


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili açıq şəkildə Moskvanı və şəxsən Rusiya prezidenti Vladimir Putini vətəninə qayıtmasına əngəl yaratmaqda ittiham edib. Bu açıqlamanı siyasətçi Facebook səhifəsində yerləşdirib.
Saakaşvili əmindir ki, Kremlin əsas qorxusu Saakaşvilinin Gürcüstana qaytarılacağı təqdirdə ölkənin sürətli inkişafına şərait yaradacaqdır.
"Gürcüstanda xaosun, iğtişaşların olması və gürcü xalqının yoxsulluq bataqlığında boğulması onlar üçün daha əlverişlidir. Mənə qarşı təşkil edilən bütün bu təqiblər birbaşa Putinin əmridir", - eks-prezident yazıb.
O, həmçinin Gürcüstanın "azad edilməsi" üçün sona qədər mübarizə aparacağına söz verib. Saakaşvili hakimiyyətə gəldikdən sonra Tiflisin bütün qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmağı planlaşdırır.
Xatırladaq ki, oktyabrın 2-də Gürcüstanda şəhər bələdiyyə başçıları və şəhər şuralarına deputat seçkiləri keçiriləcək. Saakaşvilinin qurduğu müxalif Vahid Milli Hərəkat partiyası seçkilərə qatılacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.