Üçüncü doza vaksinasiyaya start verildi-AZƏRBAYCANDA

9-08-2021, 14:30   


Üçüncü doza vaksinasiyaya start verildi-AZƏRBAYCANDA

Xəbər verdiyimiz kimi, deputat Naqif Həmzəyev bu gün koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub.
Deputat bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
“Üçüncü doza “Pfizer” peyvəndini Gəncə Beynəlxalq Xəstəxanasında vurdurdum. Yeni növ COVID-19 virusundan qorunmağın tək yolu vaksinasiyadır”, - deyə deputat qeyd edib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da peyvəndin hər iki dozasından istifadə edən şəxsin 6 aydan sonra peyvəndin 3-cü dozasından istifadə edə biləcəyini açıqlayıb.
Ölkəmizdə də vaksinasiya yanvar ayının 18-dən başlayıb. Lakin rəsmi şəkildə peyvəndin 3-cü dozasının istifadə olunub-olunmadığına dair məlumat yoxdur.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cebhe.info-ya verilən məlumata görə, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər:
“2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq”.
Semra Ələkbərli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.