ABŞ və Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edir

10-08-2021, 09:12   












ABŞ və Britaniya bazar ertəsi Belarus prezidenti Aleksandr Lukaşenkonun siyasi rəqiblərinə qarşı son basqılarına görə Belarusa qarşı yeni sanksiyalarını açıqlayıb.
"Belarus xalqının açıq şəkildə ifadə etdiyi iradəsinə hörmət etmək əvəzinə, Lukaşenko rejimi seçkiləri saxtalaşdırdı, ardınca fərqli fikirləri boğmaq üçün qəddar repressiya kampaniyasına başladı. Minlərlə dinc nümayişçini həbs etməkdən tutmuş 500-dən çox fəal, vətəndaş cəmiyyəti lideri və jurnalisti siyasi məhbus kimi həbs etmək, eləcə də qlobal normalara zidd olaraq beynəlxalq reysin uçuşunun dəyişməyə məcbur edilməsinə qədər Lukaşenko rejiminin hərəkətləri nəyin bahasına olursa olsun hakimiyyəti saxlamaq üçün qeyri-qanuni cəhdlərdir” - deyə, Baydenin bəyanatında bildirilib.
Britaniyanın sanksiyaları ölkənin neft və kalium sənayesini hədəf alır. Onlar həmçinin Belarus bazarından müəyyən alətləri və qiymətli kağızların alınmasını da qadağan edəcək. Bundan əlavə, sanksiyalar ölkənin hava daşıyıcılarının Birləşmiş Krallığa uçması və ya enməsinə icazə verməyəcək.
"Bu tədbirlər Lukaşenko rejiminə təzyiq göstərmək üçün əhəmiyyətli addımdır. Onlar Lukaşenkoya, dövlət qurumlarına və onun ətrafındakılara davranışlarını dəyişdirmək üçün təzyiq məqsədi daşıyır"- deyə, Britaniyanın Xarici İşlər Nazirliyi bildirib.
İndiyə qədər Qərbin sanksiyaları 1994 -cü ildən bəri hakimiyyətdə olan Lukaşenkonun davranışını tənzimləməkdə təsirsiz olub.
Britaniya və ABŞ artıq aktivlərini dondurmaq və səyahət qadağaları tətbiq etməklə, bəzi belaruslu şəxsləri hədəf alıb.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.