Rusiya Müdafiə Nazirliyi də Laçın dəhlizindən gedib-gələnlərin sayını açıqladı AZƏRBAYCAN TƏRƏFİ HANSI RƏƏQMLƏRİ AÇIQLAMIŞDI...

16-08-2021, 11:07   



Rusiya Müdafiə Nazirliyi 2020-ci ilin noyabrından bu yana Laçın dəhlizindən gedib-gələnlərin, o cümlədən avtomobillərin sayını açıqlayıb. virtualaz.org xəbər verir ki, Rusiya tərəfinin açıqladığı rəqəmlərə əsasən sülhməramlıların regiona yeridilməsindən bu yana Laçın dəhlizi vasitəsilə sülhməramlıların məsuliyyət zonasına aid olan Azərbaycan ərazilərinə 58 mindən artıq avtomobilin təhlükəsiz gediş-gəlişi təmin edilib. O cümlədən 210 minə yaxın adam, ərzaq və müxtəlif mallar Laçın dəhlizi ilə Qarabağa və geriyə daşınıb.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Vasili Davıdov bildirib ki, hər gün müşahidə postlarından 200-ə yaxın avtomobil keçir. “Blokpost” avadanlıqları ilə təchiz edilmiş postlarda hərbi qulluqçular “döyüş hazırlığına, habelə mümkün pozuntuların və hücumların qarşısının alınmasına” dair planlaşdırılmış məşğələləri davam etdirirlər.

Qeyd edək ki, Laçın dəhlizindən nəqliyyat vasitələrinin və insanların hərəkətinə dair statistikanı Rusiya Müdafiə Nazirliyi ikinci dəfədir açıqlayır. Bundan əvvəl sülhməramlı qüvvələrin komandanlığı bir həftə ərzində Laçın dəhlizi ilə Qarabağa və geriyə 2000-ə yaxın avtomobilin gedib-gəldiyini açıqlamışdı. Və orta hesabla dəhlizdən gün ərzində 200-dən çox avtomobilin hərəkət etdiyini bildirmişdi.
Laçın dəhlizindən avtomobillərin və insanların hərəkətini Azərbaycan tərəfi də xüsusi vasitələrlər monitorinq edir. Bu günlərdə virtualaz.org bu monitorinqin nəticələrinə əsasən iyul ayı ərzində Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə Ermənistandan gələn 15 min avtomobil daxil olub. Və 21 min 100 avtomobil həmin ərazilərdən çıxıb. Yəni bu ərazilərdən çıxan avtomobillərin sayı daxil olan avtomobillərin sayından 6100 avtomobil çoxdur. Habelə göstərilən müddət ərzində Rusiya sülhməramlılarının nəzarətindəki zonaya 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb. Bu da Qarabağda yaşayan ermənilərin sürətli köçündən xəbər verir və gələcəyə ümidsizlik, təhlükəsizliklə bağlı narahatlıqlar onları bu torpaqlardan köçüb getməyə vadar edir.

İndi Rusiya tərəfinin təqdim etdiyi statistikaya inansaq məlum olur ki, Laçın dəhlizi ilə ay ərzində cəmi 6 minə yaxın avtomobil Qarabağa girib-çıxıb.
Rusiya tərəfinin Azərbaycanın ardınca bu statistikanı açıqlaması maraqlı məqamdır. Xatırladaq ki, ötən həftə Azərbaycan Müdafiə Nazirliyi xüsusi bəyanatla çıxış edərək Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə Ermənistandan silah-sursat və hərbçilərin daşındığını bildirmişdi. Bəyanatda Rusiya tərəfindən tələb olunurdu ki, bu kimi hallara son qoyulsun. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “CNN Türk” kanalına müsahibəsində Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silahların və hərbçilərin daşındığını vurğulayaraq dəfələrlə bu haqda şifahi xəbərdarlıq edildiyini, nəticə olmayanda isə rəsmi bəyanat verildiyini deyib.

Prezident eyni zamanda vurğulayıb ki, Azərbaycan tərəfi Laçın dəhlizinə həm vizual, həm xüsusi texniki vasitələrlə nəzarət edir, bu dəhlizlə nələrin daşındığını yaxşı bilir.
Azərbaycan ordusunun postlarından biri Laçın dəhlizinin bilavasitə yaxınlığında, Laçın-Xankəndi yolunun Şuşa ətrafından keçən hissəsinin üzərində yerləşir və oradan dəhlizə vizual nəzarət təmin edilib.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.