Kasıb, yoxsul Əfqanıstanda bu qədər silah hardandır, onu kim silahlandırır? – AÇIQLAMA

16-08-2021, 14:07   


Kasıb, yoxsul Əfqanıstanda bu qədər silah hardandır, onu kim silahlandırır? – AÇIQLAMA

Həftəsonu Əfqanıstanda hakimiyyət “Taliban” güclərinin əlinə keçdi.
Amerikanın Əfqanıstanı tərk etməsinə paralel olaraq “Taliban” Əfqanıstanda ard-arda əyalətləri öz nəzarəti altına almağa başladı. Kağız üzərində Əfqanıstan hökumətinin 300 minlik ordusu olduğu görünsə də, bu ordu 60 minlik “Taliban”a qarşı döyüşmədi.
Verilən məlumatlara görə, “Taliban” ötən həftə Əfqanıstan hökumətinə aid silahları ələ keçirmişdi. Ələ keçirilən qənimətlər arasında tanklar, zirehli maşınlar, hətta bir ədəd helikopter də vardı.
Maraqlıdır, kasıb, yoxsul Əfqanıstanda bu qədər silah hardandır, onu kim silahlandırır?
Bu barədə Cebhe.info-ya danışan politoloq Elşən Manafovun sözlərinə görə, Əfqanıstan hökumətinin silahlanmaq üçün şansları daha çox olub:

“İstər “Əl-Qaidə”ni, istərsə də “Taliban”ı Amerika silahlandırır və maliyələşdirir. Əfqanıstanda gedən olaylarda Səudiyyə Ərəbistanın öz maraqları vardı. Ümumiyyətlə, ruslar Əfqanıstana girəndə mücahidləri Sovetə qarşı silahlandıran Səudiyyə Ərəbistanı, maliyələşdirən isə Amerika olub. Əfqanıstan uğrunda gedən olayların mərkəzində duran məsələ onun geosiyasi mövqeyidir. 200 ildən yuxarıdır ki, ingilislər bu bölgədə ağalıq etmək istəyirlər. İngilis-əfqan müharibələrində ingilislər məğlub oldular. Daha sonra Sovet Əfqanıstana girdi ancaq ruslar da məğlub olub ölkədən çıxdı.
Ən sonda isə Amerika Əfqanıstana demokratiya gətirmək adı altında beynəlxalq terrorizmlə mübraizə çərçivəsində ölkəyə girdi. İlk baxışda Amerika da bu müharibəni uduzub Əfqanıstanı tərk etdilər. Amerika əslində Əfqanıstanı talan edib ölkədən çıxdılar. Əfqan xalqının maraqlarına zidd olan hakimiyyəti ölkənin başına gətirdilər. Nəticə etibarı ilə amerikalıların maraqlarına xidmət edən talibləri Əfqanıstan hökumətinə qarşı qoydular. Taliblər indi Əfqanıstanda hakimiyyəti ələ keçirdi. “Taliban” layihəsinin arxasında birmənalı olaraq Böyük Britanya və Pakistan durub".
Əbülfət Baxşəli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.