Markov: Bu, Putin üçün vacibdir: İrəvana təzyiq başlayır - Video

18-08-2021, 14:51   




13:42
Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşmaları İrəvan yerinə yetirmir, amma yaxın vaxtlarda yerinə yetirməyə məcbur olacaq.
Axar.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq Sergey Markov bildirib.
“Əminəm ki, müəyyən müddətdən sonra saatların uyğunlaşdırılması və konkret məsələlərin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Şübhəsiz ki, belə bir görüş baş tutacaq. Proses daha da irəliləməlidir. İrəliləyişdə gecikmələr, ilk növbədə, Ermənistanın hazır olmaması ilə bağlıdır. Lakin Moskva prosesə kifayət qədər nikbin baxır.
Mənimlə ünsiyyətdə olan Rusiya tərəfini danışıqlar prosesində təmsil edən üzvlərin sözlərinə əsasən, Kreml Ermənistana təzyiq etməyə başlayacaq. Hazırda ermənilərə vaxt lazımdır ki, olanları həzm etsinlər. Vladimir Putin üçün bu, çox mühüm məsələdir.
Ermənistanı hazırlamaq, bir az sıxmaq və sakitcə danışıqlar prosesi aparmaq lazımdır ki, bu da nəticədə hansısa qərarlara, ilk növbədə, nəqliyyat-iqtisadi əlaqələrin bərpasına gətirib çıxarsın”, - deyə ekspert qeyd edib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.