Rusiyadan Qazaxıstana xəbərdarlıq: Məişət millətçiliyi...

18-08-2021, 20:12   




Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Tərəflər söhbət zamanı məişət millətçiliyi, hər hansı diskriminasiyaya qarşı fəaliyyətin zərurliyini qeyd ediblər.
XİN rəhbərləri həmçinin ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, son günlər Qazaxıstanda millətçi kəsim ictimai iaşə müəssisələri, dövlət idarələri və bir sıra digər obyektlərdə qazax dilinin istifadəsi ilə bağlı yoxlamalar keçirir. Fəallar etiketlərin qazax dilinə tərcümə edilib-edilmədiyini, satıcıların və məmurların dövlət dilində ünsiyyətlərini qiymətləndirirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.