Azərbaycan Agdamdakı mövqelərinin də vurulduğunu deyir

23-08-2021, 08:17   






Müdafiə Nazirliyi avqustun 21-də Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin Ağdamın Muğanlı, Xocalıın Sığnax və Xocavəndin Tağavard kəndiləri istiqamətinə atəş açdığını bildirir.
Azərbaycan Ağamdakı mövqelərinin də vurulduğunu deyir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) bu gün, avqustun 22-də məlumat yayıb.
Məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri avqustun 21-i saat 23:40-dan 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard kəndi istiqamətində mövqelərini atıcı silahlardan atəşə tutub.
Açıqlamaya görə, qarşı tərəfə cavab verilib,Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Bu məlumata, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.
Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez həm Qarabağda, həm də iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.
Xatırlatma
2020-ci il sentyabrının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.Azərbaycan, Ermənistan və Rusiya arasında həmin razılşmaya əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Həmin münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.