Müəllif: Dmitriy RoyABŞ-ın nüvə və raket sənayesi ilə əlaqəli məhsul və texnologiyaların Rusiyaya ixracına əlavə məhdudiyyətlər tətbiq etdiyi bəlli olub. Həmçinin Rusiyanın bəzi odlu silah və döyüş sursatının idxalına məhdudiyyətlər qoyulub. Bunlardan əlavə, Vaşinqton “Şimal axını-2”-nin tikintisinə görə Rusiya vətəndaşlarına və gəmilərinə qarşı sanksiyalar tətbiq edəcək. Bu haqda ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.Həftə yetərincə gözlənilməzliklə qapanır - ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə. Üstəlik sanksiyalar iki istiqamətdədir - “Şimal axını-2” və silah ixrac-idxalı. Navalnının zəhərlənməsinin ildönümü ərəfəsində buna bənzər addımları gözləmək olardı - bu, Rusiya iqtisadiyyatının ABŞ və transmilli şirkətlərlə hələ də nisbətən rəqabət qabiliyyətini saxlayan sahələrinə zərbə vurmaq üçün əlverişli səbəbdir.
“Şimal axını-2”nın inşası bitmək üzrədir - cəmi 15 kilometr boru çəkilməlidirBaydenin bu haqda bəyanatında dramatizm ifadə olunur: «
Mən Rusiya Federasiyası hökumətinin müəyyən ziyanlı xarici siyasətinin ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına yaratdığı qeyri-adi və fövqəladə təhlükə ilə bağlı ölkədə 15 aprel 2021-ci ildə 14024 nömrəli qərarla elan olunmuş fövqəladə vəziyyətlə əlaqədar Rusiyanın enerji daşıyıcılarının ixracı üçün nəzərdə tutulan bəzi boru kəmərlərinə qarşı əlavə tədbirlərin görülməsi haqqında qərar qəbul etmişəm».
Bu cümləni oxuyursan və dərhal həyəcan hiss edirsən. Amerikaya görə. Onun Rusiya qazının həmləsinə tab gətirməyəcək iqtisadiyyatına görə. Düzdür, müəyyən dəqiqləşmələrlə - söhbət Avropaya nəql olunan rus qazından gedir. Yəni, ABŞ şirkətlərinin xarici bazarlar uğrunda mübarizəsindən.
Əslində, “Şimal axını-2” uğrunda mübarizənin bütün məğzi də elə bundadır: onun tikintisi başa çatsa - dəniz dibi ilə çəkiləcək cəmisi ilə 15 kilometrlik yol qalıb, - 2021-ci ilin sonunadək bu kəmərlə Avropa 5,6 mlrd kubmetr qaza ala bilər. Rusiya büdcəsinin götürəcəyi gəlir isə ABŞ şirkətlərinin gəlirlərinin azalması və Avropanın Rusiya enerji daşıyıcılarından asılılığı deməkdir.
Bir sözlə, Avropanı özünün şəriksiz təsir dairəsinə qaytarmağa çalışan Bayden administrasiyası üçün başdan ayağa pis xəbər. ABŞ-da belə bir şübhə var ki, sıxılmış təbii qazı (STQ) mükafatla da sata bilərlər - təki rus qazını almasınlar. Bunun üçün amerikalıların imkanı var - yalnız Avropada siyasi iradə çatışmır. Elə bunu da sanksiyalar vasitəsilə Bayden stimullaşdırmağa çalışır. Əvvəlcə Rusiyaya münasibətdə. Daha sonra isə rus qazı ilə işləyən avropalılarla bağlı.
ABŞ Rusiyadan müəyyən növ silah idxalına məhdudiyyətlər qoyurVaşinqtonun problemi ondadır ki, onun “Şimal axını-2” ilə bağlı təşəbbüsləri Avropada yetərincə ehtiyatlı münasibətlə qarşılanır. Amerikanlar müqəddəs mövzuya toxunurlar - biznesin daha sərfəli qiymətlər olan tərəfə yönəlmək hüququna müdaxilə edirlər. Üstəlik, Avropada qaz biznesi əsl Qordi düyünüdür, burada hər şey bir-birinə sarmaşıb. Və oraya sanksiyalarla soxulmaq yüzlərlə, hətta minlərlə qabarı tapdalamaqdır.
Üstəlik, Rusiya bu tarixçənin başlamasına aparıb çıxaran əsas şərtə əməl edib - qazın Ukraynadan tranzitinə razılaşıb. Yeganə xahişi zəmanət verilmiş tranzit həcminin ona bildirilməsidir. Ancaq bu rəqəm Kiyevdə də, Brüsseldə də, Berlində də yoxdur - odur ki, hələlik Vaşinqtonda da şübhələnirlər: “Şimal axını-2”-nin axırına çıxmaq, yoxsa Moskva üçün müəyyən nəfəslik saxlamaq. Birdən Moskva ilə nə haqdasa sövdələşmək lazım ola bilər.
Rusiya ilə silah idxal-ixracı isə başqa məsələdir. Burada Ağ evin məqsədi daha qətidir: göstəriciləri minimuma endirmək. “ Rusiyanın odlu silah və döyüş sursatlarının bəzi növlərinin idxalına məhdudiyyətlər” formulu yetərincə birmənalıdır - Rusiyanın adi silah sistemləri (əl sistemlərindən artilleriya sistemlərinə qədər) beynəlxalq bazarlardan sıxışdırılıb çıxarılmalıdır.
Soyuq Müharibə qayıdır?Əgər ordunuz bu silahlardan çox asılıdırsa, istehsal üçün lisenziya alın. Bu isə ilk növbədə hərbi quru qüvvələrinin silahlanmasının əsasını Rusiyanın hərbi-sənaye kompleksinin təşkil etdiyi bir çox MDB ölkəsi üçün problemlər yaradır. İstəyirsiniz - NATO-dakı əməkdaşlarınızla, elə Türkiyə ilə öz nümunələrinizi işləyib hazırlayın, xoşbəxtlikdən, yeni model seçimi genişdir. Və tədricən onlara keçin.
İndiki sanksiyaların digər, daha maraqlı aspekti Rusiyaya “nüvə və raket məhsullarını və texnologiyaların” ixracıdır. O, ikili təyinatı olan malların Amerika hüdudlarından kənara ixracını məhdudlaşdıran 2018-ci ilin “İxracat nəzarətinin islahatı haqqında” ABŞ qanunu ilə sıx bağlıdır.
Soyuq müharibə dövrləri qayıdır. İlk növbədə onunla ki, Moskvanın ikili təyinatı olan texnologiyalara yolunu kəsirlər. Yeni silah nümunələrinin adətən Qərbdən alınan elektron içliyi bundan sonra əlçatmaz olacaq. İstehsal üçün Rusiyanın öz imkanları isə yoxdur. Hər halda hələlik. Amerikanların fikrinə görə, bu, Rusiyanın NATO ölkələrindən texnoloji geriliyini artırmalıdır.
Əslində necə olacaq - başqa söhbətin mövzusudur. İstənilən halda, Moskva üçün sadə olmayacaq. Moskva Qərblə qarşıdurmada Co Baydenin artıq başlatdığı yeni mərhələyə daxil olur.