Lavrov "özündən çıxdı": Ukrayna aranı qızışdırır - Zelenskini cinayət etməkdə GÜNAHLANDIRDILAR

23-08-2021, 10:16   


Lavrov "özündən çıxdı": Ukrayna aranı qızışdırır -



Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna prezidenti Vladimir Zelenskini millətlərası nifrət yaratmaqda günahlandırıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb. Lavrov deyib ki, prezident Vladimir Zelenski də daxil olmaqla, Ukrayna siyasətçiləri millətlərarası nifrət yayaraq aranı qızışdırırlar. Nazir qeyd edib ki, yeri gəlmişkən, AB ölkələrində bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulur.
Daha əvvəl Zelenski Donbasın "heç vaxt Rusiya ərazisi olmayacağını" söyləmiş və Rusiya Federasiyasını sevənlərə və bölgənin ona qoşulmasını istəyənlərə "Rusiyada bir yer axtarmağı" təklif etmişdi. O, "Ukrayna olmadan bu ərazidə sivilizasiya olmayacaq" fikrini də ifadə edib. Lavrovun qeyd etdiyi kimi, avqustun əvvəllərində dövlət dilinin müdafiəsi üzrə müvəkkil Taras Kremin Ukrayna dilində danışmayan bütün Ukrayna sakinlərini ölkəni tərk etməyə dəvət edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Federasiyasının ukraynalı siyasətçilərin millətçi bəyanatlarının Avropa rəsmilərindən və beynəlxalq təşkilatların nümayəndələrindən qiymətləndirilməsini gözləyəcəyini bildirmişdi.

Gülbəniz Hüseynli / Metbuat.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.