Əfqanıstanda yaranmış mövcud vəziyyətdən sui-istifadə edənlər ABŞ-ın bu ölkədən getməsi ilə meydana gəlmiş boşluğu doldurmaq üçün sanki növbəyə düzülüblər. İran, Qətər, Rusiya və Çin bir neçə həftə ərzində ölkəni güc yoluyla ələ keçirən radikal rejimlə danışıqlar aparmağı və onlarla əməkdaşlıq etməyi arzulayırlar.ABŞ ordusu Əfqanıstandan çıxmamışdan öncə Tehran, Pekin və Moskvanın rəsmi nümayəndələri “Taliban” hərəkatının əsas fiqurları ilə görüşlər keçirib və ya onlarla gələcək danışıqları planlaşdırıblar. İdeoloji fikir ayrılığına baxmayaraq, İran və Qətər müxtəlif radikal hərəkatları dəstəkləyirlər.
Moskva və Pekinin isə Əfqanıstanda uzun müddətə hesablanmış müxtəlif məqsədləri ola bilər. Hər iki tərəf ABŞ-ın təsirini zəiflətməyə və öz iqtisadiyyatlarına fayda gətirməyə çalışırlar.İran adətən qeyri-sabit ölkələrdə “təhlükəsiz şiə sığınacağı” yaratmaq üçün başqalarının əli ilə müharibə aparır.
İran rəhbərliyinin Əfqanıstanı muzdlu döyüşçü yetşdirmək üçün ideal meydança kimi görməsi istisna olunmur. Çarəsiz şəkildə pula ehtiyac duyanlar və hərbi xidmətə yararlı olanlar içərisindən xeyli muzdlu döyüşçü hazırlamaq olar.
Beləliklə, İran yaxşı təşkil edilmiş və özünə sadiq yaraqlı dəstələr yarada bilər. Tehran bu cür taktikanı İraqda, Suriyada və Livanda tətbiq edib. İranın Əfqanıstana gəlməyinin səbəblərindən biri də Çin və Rusiya kimi digər regional oyunçularla möhkəm alyans yaratmaq istəyilə bağlıdır.
Pekin mart ayında İrana 25 il müddətinə 400 milyard dollarlıq sərmayə yatırılması barədə Tehranla müqavilə imzalayıb. Bundan sonra Çin və İran arasındakı əməkdaşlıq genişlənəcək, çünki bu ölkələr Əfqanıstanda möhkəmlənmək istəyirlər.Çininsə Əfqanıstanda qarşısına qoyduğu başlıca məqsəd ABŞ ordusunun çıxıb getməsilə “Bir kəmər, bir yol” layihəsində yaranmış vakkumu doldurmaqdır. Çinin məqsədi bu proqram çərçivəsində beynəlxalq iqtisadi nizamın toxunulmazlığını və təhlükəsizliyini təmin etmək, Asiya və Afrikadakı strateji limanları öz nəzarətinə almaqdır. İrana sərmayə yatırmaq təşəbbüsünü həyata keçirməklə Pekin istəyir ki, dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri ilə Çini bir-birinə bağlasın. Yəni Çin həmin ölkələrdən istifadə edərək, Yaxın Şərqdəki iştirakını genişləndirmək niyyətindədir.
Əfqanıstanın dəmir, təbii qaz, qızıl, mis və litium kimi faydalı qazıntı yataqları yoxdur. O da məlumdur ki, ən böyük idxalçı kimi Çin dünyanın mineral xammal ehtiyatlarını inhisara almağa çalışır. Əfqanıstandakı hökumətin düşməsi Çin üçün əlverişli an oldu, çünki Pekin özünün yeni müstəmləkə sistemində bu ölkəni regional bağlayıcı həlqə etməklə daha mühüm iqtisadi məqsədlərə çata bilər.Həm Moskva, həm də Pekin Əfqanıstan hökumətinin çöküşünü yaxşı fürsət sayırlar. Rusiyanın əsas prioriteti Yaxın Şərqdə hərbi iştirakını genişləndirməklə yanaşı, eyni zamanda öz sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Çin və Rusiyanın baxışları həmişə üst-üstə düşmür, lakin onların ümumi səyi Amerikanın dünyadakı təsirini minumuma endirməkdir.
Taliblərin hakimiyyətə gəlməsi Qətər üçün də böyük uğur oldu. Doha radikal sağçı islamçılara həmişə yardım edir və onları dəstəkləyir. 2021-ci ildə Fars körfəzi ölkələri arasında Ər-Riyadda imzalanan barış razılaşmasına qədər rəsmi Doha qonşularından təcrid olunmuşdu. Bunun səbəbi Qətərin “Müsəlman qardaşları” və “Həmas”-a ciddi maddi və siyasi dəstək göstərməsi idi.İran kimi Qətərin də taliblərlə razılığa gəlməsi problem olmayacaq. Onların yeni regional blok yaratmaları tamamilə mümkün görünür. Kabil şəhərinin xaotik çöküşü və Əfqanıstanın “Taliban”ın nəzarətinə keçməsi
ABŞ-ın rəhbərlik etdiyi dünya nizamında ciddi dəyişikliklərin getdiyindən xəbər verir.
ABŞ-ın Əfqanıstanı tələsik tərk etməsi insanların ölümü və radikal rejimin dirçəlişi ilə müşaiyət olunur. Bu, Amerika üçün nəinki yaxın perspektivdə problemlər yaradacaq, hətta belə bir irimiqyaslı fiasko uzunmüddətli perspektivdə Vaşinqtonu daha ciddi nəticələrlə üz-üzə qoyacaq.“The National Interst” - (ABŞ)Tərcümə: “AzPolitika.info”