“Onun Badamdarda tikdirdiyi villa tək deyil ki, bir neçə başqa villası da var”.Bu fikirləri TƏBİB-in rəhbəri Ramin Bayramlıya ünvanlanan sərt ittihamlara münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
MMP sədrinin sözlərinə görə, Ramin Bayramlı öz yarıtmaz fəaliyyəti ilə Azərbaycan xalqını dövlətin üzərinə qaldırır:
“Ramin Bayramlı Azərbaycanda bir nömrəli dələduzdur. Biləsiz ki, Ramin Bayramlı dövlət büdcəsindən 60 milyon manat yeyib. Onun Badamdarda tikdirdiyi villa tək deyil ki, bir neçə başqa villası da var.
Düşünürəm ki, Ramin Bayramlı təcili həbs edilməlidir. Hələlik, çağırıb, pulunu alıb buraxırlar. Amma axıra qədər belə getməyəcək. O, Azərbaycan xalqını xəstəliyə düçar edən adamdır, dövlətin sərvətlərini yeyənlərdən biridir. Bayramlı bu dövlətin baş qaxıncıdır, Azərbaycan xalqını dövlətin üzərinə qaldıranlardan biri də odur.
Fikrimcə, Ali Baş Komandana, dövlət başçısına bu barədə düzgün informasiya vermirlər. Kim pul alıb müdafiə edir, bunu da gözəl bilirik. Əli Əhmədov (baş nazirin müavini – red.) bir tərəfdən, başqası da digər tərəfdən onu müdafiə edir. İki nəfər onu himayə edir. Yaxın vaxtlarda canlı efirdə onların adı açıqlanacaq.
Yenə deyirəm, Ramin Bayramlı həbs edilməlidir. Ondan TƏBİB-ə rəhbər olmaz”.