"Taliban"ın əsas komandirlərindən biri sayılan Mövləvi Fasihuddin bir neçə saat əvvəl Pəncşirdəki qanlı döyüşlər zamanı öldürülüb. Bu barədə müqavimət ordusunun lideri Əhməd Məsud "Twitter"-də yazıb.Qeyd olunur ki, Fəsihuddin altı cangüdəni ilə birlikdə Pəncşir əyalətinin Pişgur rayonunda öldürülüb.
"Taliban" hələ ki bu məlumatı şərh etməyib.
***22:38
Milli Müqavimət Cəbhəsinin sözçüsü Fahim Daşti Pəncşirdə öldürülüb. Bu barədə "The Khaama Press" xəbər verir. ***
22:12
“Taliban” hərəkatı Əfqanıstanın Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhəri ətrafında müqavimət qüvvələrinə qarşı hücumu davam etdirir. Bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi “Twitter” səhifəsində məlumat yayıb.Kəriminin sözlərinə görə, hazırda Pəncşir əyalətinin yalnız inzibati mərkəzi olan Bazarak şəhəri qalıb, ətraf bölgələr ələ keçirilib, son döyüşlər gedir.
“Müqavimət qüvvələri çoxsaylı itkilər verib, “Taliban” çoxlu sayda əsiri, texnikanı, silah və sursatı ələ keçirib”, deyə nümayəndə bildirib.
Qeyd edək ki, yerli telekanalın məlumatına görə, “Taliban” Pəncşir sakinlərinə onların bağışlanacağını vəd edib: “İnsanların təhlükəsizliyinə zəmanət veririk”.
***
20:45
Əfqanıstan müqavimətin lideri Əhməd Məsud, "Taliban" əyaləti tərk edərsə, silahı yerə qoyub danışıqlara başlamağa hazır olduğunu söyləyib. Bu barədə "Tolo News" məlumat yayıb.***
12:47
Əfqan jurnalisti, müqavimət ordusunun sözçüsü Fahim Daşti sosial mediada bildirib ki, min nəfərlik "Taliban" hərbi qrupu dünən Pəncşir bölgəsinin şimal-şərqində blokadaya alınıb. Bu barədə "İnterfaks" yazır."Gecə və bu səhər qrupun əksəriyyəti məhv edilib. Qaçanlar isə müqavimət qüvvələrinin köməyi ilə yerli əhali tərəfindən tutulub", - o qeyd edib.
Müqavimət ordusunun məlumatına görə, "Taliban" Pəncşir əleyhinə 6 istiqamətdən 20 mindən çox silahlı səfərbər edib.
Qeyd edək ki, "Taliban" Pəncşir əyalətinin demək olar ki, bütün ərazisi nəzarətinə keçirdiyini bəyan edir. Bu barədə hərəkatın Qətər siyasi ofisinin nümayəndəsi Məhəmməd Sohail Şahin məlumat verib.
virtualaz.org