Pəncşir vilayəti tamamilə Talibanın nəzarətinə keçib.Axar.az xəbər verir ki, bunu Taliban nümayəndəsi Zəbiullah Mücahid deyib.
“Düşmənlərin sonuncu qalası Pəncşir vilayəti tamamilə ələ keçirildi. Ölkədə təhlükəsizliyin təmin edilməsi üçün edilən son səylər də nəticəsini verdi və Pəncşir İslam Əmirliyinin tam nəzarətinə keçdi”, - Zəbiullah bildirib.
Onun sözlərinə görə, bəzi qiyamçılar döyüşdə məğlubiyyətə uğrayıblar, bəziləri isə qaçıblar. Taliban Pəncşir əhalisinə müraciət edərək bildirib ki, onlara toxunmayacaqlar.
***
Pəncşirdəki Müqavimət Cəbhəsi vilayətin Taliban tərəfindən ələ keçirilməsiin təkzib edib və mübarizənin davam etdiyini deyib.“Müqavimət Cəbhəsinin qüvvələri vadi boyu bütün strateji mövqelərdədir. Əfqan xalqını əmin edirik ki, ədalət və azadlıq təmin olunana kimi taliblər və onların tərəfdaşlarına qarşı mübarizə davam edəcək”, - Cəbhənin yaydığı məlumatda bildirib.