Peyvənd etirazı, qlobal oyun və gizli planlar: “Bill Qeytsin sözü ÜST-dən daha ciddi qəbul edilir...”

6-09-2021, 13:13   


Peyvənd etirazı, qlobal oyun və gizli planlar: “Bill Qeytsin sözü ÜST-dən daha ciddi qəbul edilir...”

Niderlandın paytaxtında minlərlə şəxs koronavirus qaydalarına etiraz edib.
Nümayişçilər şəhərin mərkəzilə 7 kilometrlik yürüş ediblər. Dam meydanında sona çatan tədbir insidentsiz başa çatıb. Yürüşün təşəbbüskarı indiyədək bir neçə antikovid aksiyaya imza atmış Mişel Reykinqa olub. Etirazçılar məhdudlaşdırıcı tədbirlərlə yanaşı, vaksinasiya əleyhinə də şüarlar səsləndiriblər. Son vaxtlarda dünyanın müxtəlif ölkələrində koronavirusa və peyvəndə qarşı belə aksiyalara tez-tez rast gəlirik. Hətta Almaniya, İtaliya, Kanada kimi böyük dövlətlərdə minlərlə insanın iştirakı ilə bənzər etiraz aksiyaları keçirilmişdi. Ardıcıl şəkildə müxtəlif ölkələrdə baş verən bu aksiyaların əsl səbəbi nədir?
Cebhe.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu dünyada baş verən aksiyaları qlobal iqtisadi böhranla əlaqələndirib:

“Son zamanlarda Cənubi Qafqazda və Ukraynada baş verənlər, Yaxın Şərqdəki “Ərəb baharı”, Rusiyanın Orta Asiya ilə gərginliyi və Əfqanıstandakı vəziyyət əslində qlobal iqtisadi böhranı tənzimləmək məqsədi ilə supergüclərin həyata keçirtdiyi siyasətdir. Gördülər ki, müharibələr və çaxnaşmalar bunun öhdəsindən gəlmir, indi də koronavirus epidemiyası vasitəsilə qlobal iqtisadi böhrandan insanların diqqətini yayındırmağa çalışırlar. Düşünürəm ki, əsl hədəf bundan ibarətdir. Hətta bir çox dövlətlər pandemiya ilə əlaqədar olaraq müxtəlif ölkələrin iqtisadiyyatını tənzimləməyə cəhd edir. Böyük dövlətlər və nəhəng şirkətlər nə qədər ziyana uğrasa da, ciddi bir problem baş vermir. Lakin həmin ziyanın cüzi bir hissəsini belə kiçik ölkə yaşayarsa, dövlət kimi yox ola bilər. Hesab edirəm ki, bütün bu baş verənlər qlobalistlərin həyata keçirtdiyi bir siyasətdir”.
S.Cəlaloğlu hesab edir ki, dünyada koronavirusla bağlı qərarlar tibbi deyil, siyasi cəhətdən qəbul edilir:
“Ümumiyyətlə, koronavirus ətrafında yaran bu çaxnaşma qlobal güclərin yeni dünya düzəni yaratmaq istiqamətində atdığı addımlardır. Heç təsadüfi deyil ki, Bill Qeytsin koronavirusla bağlı fikirləri ÜST-ün açıqlamalarından daha ciddi qəbul edilir. Dövlətlər COVID-19 –la bağlı tibbi yox, siyasi qərarlar qəbul edir. Halbuki bu tibbi-bioloji bir problemdir. Yalnız tibbi cəhətdən qərarlar qəbul edilməldir, amma pandemiya ilə əlaqədar olaraq dövlət sərhədlərinin bağlanması, uçuşların dayandırılması kimi siyasi qərarlar istər-istəməz bir çox ölkəni iqtisadi cəhətdən çətin vəziyyətə salır. Vaksinləşmə özü də çox nəhəng bir iqtisadi məsələdir. Son vaxtlar vaksinasiyaya görə dünyada 200-ə yaxın yeni milyarder meydana çıxıb. Bu da onu göstərir ki, gəlirlərin paradoksal yerdəyişməsində vaksinasiyanın müstəsna rolu var. Vaksin istehsal edən ölkələr qeyri-adi dərəcədə varlanır, amma vaksin alan ölkələrdə tam əski yaşanaraq, kasıblaşma baş verir”.
Elmir
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.