Bildiyimiz kimi, Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev nazirlik tərəfindən keçirilən təlim zamanı həlak olub. Nazirin ölümü ilə bağlı Rusiyanın hökumətə yaxın çevrələrində sensasion fikirlər səsləndirilməyə davam edir.Axar.az xəbər verir ki, Ziniçev Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından idi. Və onun Kalininqrad vilayətinin qubernatoru təyin edilməsi də təsadüfi olmayıb. Belə ki, məhz Kalininqradda Putinin keçmiş arvadı, uşaqlarının anası Lyudmila Putina yaşayırdı. Putin yalnız yaxın dostuna öz ailəsini etibar edə bilərdi.
Rusiyanın hökumətə yaxın çevrəsindən sızan məlumata əsasən, Ziniçevin ölümündə təsadüf ehtimalı çox azdır. Belə ki, sentyabr ayı ərzində Rusiyada böyük islahatlar olacağı gözlənilirdi. Yerdəyişmələr əsasən Rusiyanın Federal Təhlükəsizlik Xidmətində olmalı idi. Ziniçev bu mötəbər qurumun rəhbəri vəzifəsinə ən şanslı namizəd sayılırdı.
Hətta Putinin Ziniçevlə bağlı böyük planları olduğu, onun Rusiya prezidentinin varisi olacağı haqda artıq kuluarlarda danışılırdı.
Onu da qeyd edək ki, 2014-cü ildə Ziniçev Rusiya Federal Təhlükəsizlik Xidmətinin terrorizmlə mübarizə üzrə rəis müavini vəzifəsinə çalışarkən strukturun rəhbər heyəti ilə fikirləri tez-tez üst-üstə düşmürdü. Generallar arasında mübahisələr də diqqətdən kənarda qalmırdı. 2018-cı ildə Ziniçev ərizə yazaraq FTX-də tutduğu vəzifəsindən istefa verir. O zaman müəyyən qüvvələr Ziniçevi bu qurumdan kənarlaşdırmağa nail olur.
Zineçevin FTX-dən istehfasından dərhal sonra Rusiya prezidentinin qərarına əsasən o, RF-in fövqəladə hallar naziri vəzifəsinə təyin olunur. Həmin ilin dekabr ayında isə Ziniçevə general-polkovnik rütbəsi verilir. 2020-ci ilin dekabrında isə Vladimir Putin Zinçenevə ən yüksək ali hərbi rütbə - Ordu Generalı rütbəsi verir.
Sensasion təyinata sayılı günlər qalanda isə generalın başı daşa dəyir və o ölür...
Məhşur rusiyalı teleaparıcı Kisilyov demişkən: “Təsadüfdürmü? İnanmıram!”