Busaat.az xəbər verir ki, bunu SSRİ DTK-sının keçmiş xəfiyyəsi Yuri Şvets Ermənistanın Sasna Çrer Partiyasının nümayəndələrinə verdiyi müsahibədə deyib.
Türkiyə Rusiyanın Suriyadakı Su-24 təyyarəsini vuranda mən tam əmin idim ki, Moskva heç nə ilə cavab verə bilməyəcək. Rusiya yalnız döyüş qabiliyyəti olmayan kiçik ölkələrə qarşı vuruşa bilər. Türkiyəyə qarşı Rusiya döyüşə bilməz. Ona görə ki, nüvə silahını tətbiq edə bilməz, adi silahlara gəlincə isə Türkiyə ona çox ağır zərbə vura bilər. Ərdoğan Qərbə Putinlə necə danışmaq lazım olduğunu göstərdi. Çünki Putin yalnız güc mövqeyini başa düşür. Yəni Rusiya Türkiyənin təsirinin genişlənməsini başa düşür, amma heç nə edə bilmir. Bu, Rusiyanın II Qarabağ müharibəsində tutduğu mövqeyi izah etməyə imkan verir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiyadakı hakim rejim daha çox pulu olan dövlətlərə üstünlük verir ki, nə zamansa onlarla pul qarşılığında hansısa oyunlar oynasın:
“Ermənistanın pulu və ya sürətli şəkildə pula çevriləcək resursları yoxdur. Bu baxımdan İrəvan Rusiya üçün məhdud maraq kimi görünür. Məncə, Rusiya üçün indi Ermənistan hər şeydən öncə yükdür. Putin rejiminin nəsə götürüb cibinə qoyacağı heç nə qalmayıb, ona görə də bilmirlər ki, onunla nə etsinlər”. / Axar.az