Putin “ətrafımdakı bir nəfər” dedi – Onun səhhətindən danışan Peskov bu suala əsəbiləşdi

15-09-2021, 17:38   



Putin “ətrafımdakı bir nəfər” dedi – Onun səhhətindən danışan Peskov bu suala əsəbiləşdi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin özünütəcridi necə keçirməsindən danışıb.
Hurriyyet.az-ın Rusiya mətbuatına istinadla məlumatına görə, Kreml sözçüsü prezidentin özünütəcridinin onun gündəlik işlərinin mahiyyətinə təsir göstərmədiyini deyib.
Bununla yanaşı, Peskov prezidentin neçə müddət karantində qalacağı sualına cavab verməkdə çətinlik çəkib.
Jurnalistlərin suallarını cavablandıran mətbuat katibi, karantindən az əvvəl Moskvaya səfər etmiş Suriya prezidenti Bəşər Əsədin peyvənd olunub, olunmaması ilə bağlı məsələyə də aydınlıq gətirib.
“Mən Əsədin mətbuat katibi deyiləm, lazımi tədbirlər görülmüşdü”, – deyə o, qeyd edib.
Xatırladaq ki, Putin ötən gün Nazirlər Kabineti və “Yedinaya Rossiya” Partiyasının rəhbərliyi ilə keçirilən videomüşavirədə ətrafındakı şəxslərdən birinin koronavirusdan gec sağalması barədə danışıb. Bu adamla sıx əlaqə saxladığına görə prezident özünütəcrid qərarı verdiyini açıqlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.