Hurriyyet.az xəbər verir ki, ABŞ ilə Çin arasındakı gərginlik artmaqdadır. ABŞ Donanması cümə günü silahsız, ömrü uzadılmış “Trident D5LE” nüvə raketlərini sınaqdan çıxarıb. Cümə axşamı günü Avstraliya, ABŞ və Böyük Britaniya Çinə qarşı yeni ittifaq yaradacaqlarını və alyans daxilində yeni atom sualtı qayıqlarını inşa edəcəklərini bəyan edib.
ABŞ Donanması modernləşdirilmiş Trident D5LE qitələrarası ballistik raket sınağını həyata keçirib.
Sınaqlar Atlantik okeanında keçirilib. Sınaqlar barəsində detallar açıqlanmır, lakin “Hərbi icmal” nəşrinin yazdığına görə, raket sualtı qayıqdan, okeanın altından atılıb.
Bundan əvvəl demək olar ki, bütün raketlər “Ohayo” sinfindən olan atom sualtı kreyserlərindən atılıb.
Trident raketləri 12 kilometrlik mənzilə sahibdirlər.