İran prezidenti Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə çağırdı

22-09-2021, 09:35   


Bir neçə saat əvvəl İran prezidenti İbrahim Rəisi İran və Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsinə, həmçinin İrəvanın təhlükəsizliyinin qorunmasına çağırdı. Bu barədə Fars agentliyi xəbər verir.
İbrahim Rəisi baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyana Ermənistanın müstəqillik günü ilə münasibəti ilə təbrik məktubu göndərib. Məktubda Rəisi qeyd edib ki, İran və Ermənistan arasında ikitərəfli və beynəlxalq müstəvidə münasibətlərin genişləndirilməsi iki ölkənin maraqlarına cavab verir. İran prezidenti məktubunda yazır: «Zənnimcə, iki tərəfin səyləri və ciddiliyi regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olacaq və iki dost ölkənin maraqlarını təmin edəcək».
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.