Ərdoğan və Qaribaşvili Nyu Yorkda Qafqazı müzakirə ediblər
23-09-2021, 08:36
Gürcüstan baş naziri bu görüş zamanı deyib ki, onun ölkəsinin məqsəd və prioriteti regionda sülh və stabilliyə dəstək verilməsidir Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 22-də Nyu Yorkda keçirilən BMT Baş Assambleyası 76-cı sessiyası əsnasında Türkiyə prezidenti Ərdoğanla görüşüb. Gürcüstan baş naziri bu görüş zamanı deyib ki, onun ölkəsinin məqsəd və prioriteti regionda sülh və stabilliyə dəstək verilməsidir. Qaribaşvili yada salıb ki, bu yaxınlarda Azərbaycan və Ermənistan arasında danışıqlarda Gürcüstan və ABŞ-ın vasitəçiliyi ilə erməni əsirlərinin azad edilməsi “qonşular arasında bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsi üçün əla bünövrə olub”. Türkiyə prezidenti və Gürcüstan baş naziri ölkələri arasında mövcud olan sıx əməkdaşlıqdan razılıq ifadə ediblər. Qaribaşvili Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə “xüsusi dəstəyinə”, habelə ölkəsinin Avropa və Avro-Atlantika məkanına inteqrasiyasında Ankaranın köməyinə görə prezident Erdoğana minnətdarlığını bildirib.