Ərdoğan Paşinyana “sınaq müddəti” qoyub - Türkiyə Ermənistanı Rusiyanın əlindən alır?

23-09-2021, 09:15   



Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır, sülhdən danışsa da “2 erməni dövləti” xəyalı ilə yaşayır; Paşinyanın nala-mıxa vurmaq limiti bitir...

Gözlənildiyi kimi, Ermənistan formal “müstəqilliyinin” 30-cu ildönümünü matəm ovqatında qeyd elədi. Bir sıra avantürist erməni siyasətçiləri, həmçinin baş nazir Nikol Paşinyan həmin gün növbəti dəfə boş vədlərlə bədbəxt erməni xalqına yenə əsassız ümidlər verməyə çalışsalar da, bu, reallığı təbii ki, dəyişməyəcək. Ona görə ki, erməni cəmiyyətinin əksəriyyəti 44 günlük müharibədə Azərbaycanın möhtəşəm hərbi qələbəsindən və Türkiyənin bölgədə möhkəmlənməsindən sonra vəziyyətin fərqindədir.
Bu səbəbdən erməni elektoratının yarıdan çoxu 20 iyun 2021-ci il parlament seçkilərində kapitulyant Nikol Paşinyanın partiyasına səs verib onu qalib elədi. Yəni müharibəni yox, sülhü seçdi - Paşinyan bu dəstəyin mahiyyətini hələ də düz-əməlli anlamasa da, sülh yolunda, qonşularla barışıq yolunda 11 aydır real addımlar atmasa da.
Aktual.ge - Gürcüstan və dünyada baş verən son xəbərlər
Məsələn, srağagün İrəvanın Respublika Meydanında keçirilən “Müstəqillik günü” ilə bağlı tədbirdə çıxışı zamanı Paşinyan revanşist-radikal erməni xadimlərdən geri qalmayaraq və erməni xalqının sülh istəyinin əleyhinə gedərək, ölkəmizə qarşı ərazi iddiasını növbəti dəfə rəsmən bəyan edib, belə bir populist ifadə işlədib: “Biz məğlubiyyətimizi qələbəyə çevirməliyik. İki erməni dövləti var olduqca (?! - red.) qəhrəmanlarımız sağdır, ölməyib. Qarabağ və Ermənistan respublikaları inkişaf edirsə, demək, onlar boş yerə qurban getməyiblər. Çünki söhbət onların uşaqlarının, qardaşlarının və bacılarının vətənindən gedir”.
“İki erməni dövləti”ndən dəm vuran bu anormal (birini qurdular, qaldı o biri) guya indi Türkiyə ilə barışıq yolu tutmaq, onun lideri Ərdoğanla görüşmək istəyir...
***** 
Diqqətçəkicidir ki, eyni gündə ABŞ-ın İrəvandakı səfiri Linn Treysi Ermənistan İctimai TV-yə müsahibəsində bu tezisi, yəni Ermənistanın Azərbaycana əsassız ərazi iddiasını, revanşizmi körükləyən növbəti fitnəkar fikir söyləyib. Sitat: “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin eləməsi münaqişənin nizamlanmasının əsas prinsiplərindən biri olub və olaraq qalır”.
Hansı “Dağlıq Qarabağ xalqı”, hansı “öz müqəddəratı təyinetmə”?! Erməni ağzı ilə danışan bu yaşlı amerikalı qadın diplomat ağılınımı itirib, görəsən, yoxsa fil qulağında yatır, 11 ayda bölgədə hansı böyük geosiyasi gəlişmələrin baş verməsindən, o sırada artıq nəinki “Dağlıq Qarabağ xalqı”, ümumiyyətlə, Dağlıq Qarabağ anlayışının mövcud olmamasından, yalnızca Qarabağ inzibati-iqtisadi zonasının mövcudluğundan bixəbərdirmi?
Yəqin ki, ikincidir. Yoxsa ki, xanım Treysi, üstəlik, 10 noyabr üçtərəfli bəyanatını sırf “atəşkəs sənədi” adlandırmaqla onu əhəmiyyətsiz saymazdı. Halbuki heç Treysinin təmsil elədiyi dövlətin prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken belə mənasız və gerçəklə əlaqəsi olmayan ifadələr işlətmir...  
*****
Bu yerdə “İt hürər, karvan keçər” deyib, eyni gündə baş vermiş başqa qat-qat önəmli açıqlamaya keçək.
Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı
Srağagün Türkiyə lideri Ərdoğön Treysinin vətəni ABŞ-da, Nyu-York şəhərində BMT Baş Məclisinin sessiyasındakı çıxışı zamanı bütün dünyaya bəyan elədi ki, Azərbaycan BMT TŞ-nin Qarabağa dair uzun illər yerinə yetirilməyən məlum qətnamələrinə uyğun surətdə özünün müdafiə hüququndan istifadə edərək işğala son qoyub. Bu, həm də ABŞ və onun İrəvandakı ifrat ermənipərəst səfirinə aydın mesajdır ki, “qatar” çoxdan gedib, yaxanızı cırmayın, erməni separatizminə və faşizminə dəstək verməkdən əl çəkin və beynəlxalq hüquqa, o sırada ölkələrin ərazi bütövlüyünə, vaxtilə özünüzün də səs verdiyiniz BMT qətnamələrinə sayğılı olun! Necə ki, Krım məsələsində Rusiyaya qarşı bu xüsusda Vaşinqton prinsipial mövqe tutur, hətta Moskvaya qarşı 8 ildir sanksiyalar tətbiq edir.
Bəs işğalçı Ermənistana, erməni separatizminə gələndə nə üçün ABŞ rəsmiləri valı çevirir, Azərbaycanı az qala, “işğalçı” qismində görürlər? Nədən erməni revanşistlərini ümidləndirib böyük sülhün əldə olunmasına, beləliklə də Ermənistanın öz əsas qonşuları Türkiyə və Azərbaycanla barışığına əngəl yaradır, erməni toplumunu təzədən radikallaşdırırlar?..
*****
Qriqori Trofimçuk: “Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir” |  Alpaninfo
Qriqori Trofimçuk 
Bu arada Ankara-İrəvan, Bakı-İrəvan barışığı üçün dialoqun mümkünlüyündən danışan rusiyalı politoloq Qriqori Trofimçuk bildirib ki, hazırda Paşinyan Rusiya təsirindən uzaqlaşmaq üçün situasiyanı düzgün tutmağa  və ya hələlik Moskvanı dolayı yolla şantaj eləməyə çalışır.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Minval.az-a açıqlamasında söyləyib.
“Əslində Paşinyan həmişə bu üslubda hərəkət edib, burada qeyri-adi bir şey yoxdur. Daha maraqlısı, Ankaranın 2-ci Qarabağ müharibəsindən sonra Paşinyana təkliflər verməklə kölgədən çıxmasıdır. Ancaq Paşinyan konkret şərtləri yerinə yetirməklə”, - analitik deyib.
Beləliklə, Trofimçuka görə, Ankara Paşinyana “sınaq müddəti” qoyub və o da bu şərtləri yerinə yetirməyə hazır olduğunu əməldə tez bir zamanda təsdiqləməlidir.
“Söhbət ilk növbədə dəhlizlərin və kommunikasiyaların açılmasından gedir - hansı ki, həm də elə Moskvanın planına daxildir. Ərdoğanın özü prosesə qoşulduqdan sonra Paşinyanın nala-mıxa vurmağa vaxtı qalmayacaq və bunu özü də görünür yaxşı başa düşür”, - deyə ekspert vurğulayıb və onu da qeyd edib ki, “müəyyən qüvvələr nisbəti yarananda Türkiyə Ermənistanı Moskvanın əlindən almağa” çalışacaq.
*****
İqor Korotçenko Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qorumasına  imkan verən amillər barədə danışıb - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi
İqor Korotçenko
Bu yerdə əlavə edək ki, digər bir tanınmış rusiyalı analitik İqor Korotçenko öz telegram kanalında yazmışdı ki, Nikol Paşinyan etibarlı adam deyil və ilk fürsətdəcə Rusiyaya “atacaq”.
Bunun belə olub-olmadığını yəqin ki, yaxın zamanlarda biləcəyik. Hələliksə Paşinyan da sələfləri kimi “ikili” oyununu oynamaqdadır. Yoxsul erməni xalqına yalnız növbəti fəlakət vəd edən, hətta barıt qoxusu verməyə başlamış qorxulu oyun...  
Siyasət şöbəsi,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.