BMT-dən terrora “yaşıl işıq”: İŞİD və “Əl-Qaidə” də hakimiyyətə gələ bilər?

23-09-2021, 16:39   


BMT-dən terrora “yaşıl işıq”: İŞİD və “Əl-Qaidə” də hakimiyyətə gələ bilər?

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının BMT-dəki təmsilçiliyinin reallaşması məsələsi noyabr ayında həyata keçə bilər.
Məlumata əsasən, bu məsələ noyabr ayında müvafiq komitədə müzakirəyə çıxarılacaq. Lakin bunun noyabr ayından tez baş verməsi nəzərdə tutulmur. Qeyd edək ki, ötən gün "Taliban" Əfqanıstan təmsilçisi kimi BMT Baş Assambleyasında çıxış üçün müraciət edib.
Görünən odur ki, dünya artıq “Taliban”ı qəbul etməyə, hətta tanımağa başlayacaq. Bəs bu İŞİD və “Əl-Qaidə” kimi terror qruplaşmalarının həvəslənməsinə yol aça bilərmi?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, digər terror qruplaşmaları da İraqda və Əfqanıstanda hakimiyyətə gəlmək üçün çalışacaqlar:

“Düşünürəm ki, “Taliban”ın tanınmasına hələ çox var. Çünki bir sıra dövlətlər bəyan edib ki, “Taliban”ın tanınması məsələsi onların fəaliyyətindən, daxili və xarici siyasətindən asılı olacaq.Digər reallıq isə odur ki, “Taliban”ın Əfqanıstanda əsas güc olduğunu artıq hər kəs başa düşür. Ona görə istəsələr də, istəməsələr də gec-tez bu gücü tanımalıdırlar.
Hesab edirəm ki, dünya ölkələri uzun müddət Əfqanıstan ilə gərgin münasibətlərdə qala bilməzlər. Çünki bir çox dövlətlərin orada bəzi strateji və iqtisadi maraqları var.Yaranmış mövcud şəraitdə isə İŞİD və “Əl-Qaidə” də müxtəlif ölkələrdə hakimiyyətə gəlmək üçün cəhd edə bilər.
Ümumiyyətlə, onlar üçün hakimiyyətə gəlmək ərazilərə nəzarət etmək məqsədi daşıyır. Vaxtilə İŞİD Suriyanın yarısını nəzarət altında saxlayırdı, amma onları ABŞ, Rusiya və Türkiyə oradan çıxardı. Hazırda ABŞ hərbi qüvvələrini İraqdan çıxartmaq istəyir. Buna görə də İŞİD İraqda hakimiyyətə gəlmək istəyə bilər. Həmçinin, onların Əfqanıstan da bunun üçün çalışaqları istisna deyi.
Əgər bəzi dünya qüvvələri İŞİD-i vasitə kimi istifadə etmək istəməsə, onlar asanlıqla hakimiyyətə gələ bilməz.Zamanında da İŞİD-in arxasında olan qüvvələrin ondan çox məharətlə istifadə etdiyini şahidi olduq. Lakin indiki vəziyyət bir az fərqlidir. Düşünürəm ki, nə olacağını görmək üçün gözləmək lazımdır”.
Elmir
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.