Bu hakimiyyət normal iqtisadi model qura bilməz

27-09-2021, 09:34   

Dünya birjalarında enerji daşıyıcılarının qiyməti artmaqdadır və bu xüsusilə təbii qazla bağlı özünü göstərir
Avropada qaz defisiti barədə ehtimallar sayəsində mavi yanacaq artıq 700 dollara qədər bahalaşıb və boru kəməri ilə nəql edilən qazın da qiyməti artmaqdadır. Qazın bahalaşması isə neft qiymətlərinə də təsir göstərir, son günlərdəki artım bu baxımdan izah edilə bilər
Bəzi qlobal banklar ilin sonuna qədər neftin 90 dollara çatacağını, gələn il isə 100 dollar civarında sabitləşəcəyini gözləyirlər. Neft ixrac edən ölkələr üçün bu qiymət olduqca əlverişlidir.
Amma heç də bütün karbohidrogen iqtisadiyyatları barədə bu sözləri demək mümkün deyil. Çünki neftə əsaslanan bəzi iqtisadiyyatlar pandemiya ərzində ağır zərbə alıblar
Məsələn, Azərbaycan iqtisadiyyatı üçün hazırda neftin 1 barrelinin 100 dolları olmasıyla 10 il əvvəl 100 dollara satılması arasında kəskin fərqlər mövcuddur. İndi neft hasilatının azalması, dövlətin və dövlətə məxsus şirkətlərin iri həcmli xarici öhdəlikləri, dolların təbii inflyasiyası kimi faktorlarla yanaşı, olduqca mühüm bir amil də var: İndiyə qədər mövcud olan iqtisadi model daha işləmir
Neftin 100, hətta 110-120 dollar olması da bu modeli dirildə bilməz, çünki həmin mexanizm sıradan çıxıb və həmin mexanizmin mühüm elementləri olan nəhəng tenderlər, böyük istehlak və biznes kreditləri, oliqarx-məmur idarəçiliyi, iqtiadiyyat üçün nisbətən əlverişli maliyyə siyasəti daha yoxdur
Neftin qiymətinin artımı ilə bu modelin bərpası mümkün olmadığından, yeni iqtisadi model yaradılmalıdır, belə bir modeli yaratmaq isə indiki hakimiyyətin imkanları xaricindədir
İqtisadçı Qaşqay İsmayıl
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.