Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsində yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak etmək məqsədi ilə oktyabr ayının 2-də Tiflisə bilet aldığını açıqlayıb.Gürcüstanın sabiq prezident bu barədə öz “Facebook” səhifəsi vasitəsilə etdiyi videomüraciətdə məlumat verib.
“Dediyim kimi, oktyabrın ikisinə axşam saatlarında Tiflisdə sizinlə birgə olmaq və sizin iradənizi qorumaq, eləcə də Gürcüstanın xilas edilməsində iştirak etmək üçün bilet aldım”, – deyə 53 yaşlı siyasətçi bildirib.