İran generalı Qulaməli Rəşid: “Xaricdə altı ordu yaratmışıq...”

29-09-2021, 13:48   



İranın yüksək rütbəli hərbi rəislərindən general Qulaməli Rəşid bildirib ki, İslam Respublikasının ölkə hüdudlarından kənarda “altı ordusu” var. virtualaz.org “Əl-Ərəbiyə” kanalına istinadən xəbər verir ki, general Qulaməli Rəşif İnqilab Keşikçiləri Korpusunun “Hatam əl-Anbiyə” hava hücumundan müdafiə bazasının komandanıdır. O, fəxrlə bildirib ki, İranın xaricdə yaratdığı “ordular” indi İslam Respublikasına işləyir.

General deyib ki, bu orduların ideoloji yükü var və onların missiyası İranı istənilən xarici hücumdan müdafiə etməkdir. Bu xarici ordular Livandakı “Hizbullah”dan, Fələstindəki HƏMAS və “İslami cihad”dan, Suriyada iranyönümlü qruplaşmadan, İraqda “Həşdi əş-Şaabi” qruplaşmasından və Yəməndəki husilərin “Ənsan Alla” qruplaşmasından ibarətdir.
Qulaməli Rəşid qeyd edib ki, İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri general Qasım Süleymani öldürülməzdən əvvəl həmin xarici ordulardan bəhs etmişdi. “Bildirmişdi ki, o İran ərazilərindən kənarda altı ordu yaradıb”,-o xatırladıb.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.