Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan rusiyalı həmkarı V.Putinlə görüşmək üçün səfər elədiyi Soçi şəhərində çıxışı zamanı Rusiyadan ikinci dəfə S-400 zenit-raket kompleksləri almaq qərarının qəti olduğunu söyləyib.
Ərdoğan deyib: “Məlum olduğu kimi, BMT-nin Baş Assambleyasında bizdən bəzi məsələləri xüsusi diqqətlə soruşdular.
Biz də onlara lazımi cavabı verdik.
Atdığımız addımlardan geri dönməyimiz mümkün deyil”.