Ərdoğan-Putin görüşü: Türkiyə İdlibin əvəzində nə alacaq?

30-09-2021, 12:46   


Ərdoğan-Putin görüşü: Türkiyə İdlibin əvəzində nə alacaq?

Ərdoğan və Putin arasındakı görüşdən sonra türk qoşunlarının İdlibdən geri çəkilməyə başladığına dair xəbərlər yayılmağa başlayıb.
Xarici KİV-lər Suriyanın hərbi dairələrindəki mənbələrə əsasən bildirib ki, Türkiyə ordusu İdlib əyalətinin cənub hissəsəindən şimala çəkilib. Maraqlı məqam isə budur ki, bu proses Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidəki görüşündən sonra baş verib. Artıq Türkiyə tankları və digər zirehli texnika İdlibin bir hissəsini tərk etdiyi deyilir. Hərbi hissələrin hərəkəti M4 avtomobil yolu ilə izlənir.
Eyni zamanda, türk ordusu yolun üzərində nəzarəti əlində saxlayır. Məlumata görə, Ərdoğanın Rusiyaya səfəri zamanı Rusiya Aviakosmik Qüvvələrinin aviasiyası İdlibdə iki həftəyə yaxın bombardman etdiyi mövqeləri bir günlük atəşə tutmayıb. İddialar nə dərəcədə doğrudur və Türkiyənin bu addımı atmasına səbəb nədir?
Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirib ki, görüşdən dərhal sonra türk ordusunun İdlib ətrafındakı mövqelərini dəyişməsi razılışdırılmış amil kimi qəbul oluna bilər:

“Həm Vladimir Putin, həm də Rəcəb Tayyib Ərdoğan bu görüşü yüksək səviyyədə, məhsuldar görüş kimi qiymətləndirib. Görüşdə tərəflər bəyan etdilər ki, Suriyada stabilliyin, təhlükəsizliyin təmin edilməsi Türkiyə ilə Rusiya dövlətləri arasında əməkdaşlığın inkişafından əhəmiyətli şəkildə asılı olacaq. Güman edirəm ki, Putin və Ərdoğan arasındakı görüşdə türklərin İdlib ətrafından çəkilsələr də, əvvəlki mövqelərinin bir hissəsində qalacaqlarına dair anlaşma olub. Hətta əminəm ki, türk polisi yollara nəzarəti həyata keçirəcək. Ümumiyyətlə, İdlibin Türkiyə üçün əhəmiyəti hamıya məlumdur. Vladimir Putin Bəşər Əsəd ilə görüşü zamanı bildirmişdi ki, Suriya iqtidarı və BMT-nin razılığı olmadan ölkədə xarici dövlətlərə aid olan hərbi qüvvələr var. O, eyhamla da olsa, ABŞ və Türkiyəni nəzərdə tutmuşdu. Etiraf etmək lazımdır ki, həqiqətən Türkiyənin Suriyada hərbi cəhətdən mövcudluğu beynəlxalq qanunvericiliyə tam uygun deyil. Çünki Rusiyadan fərqli olaraq Türkiyə Suriya ərazisinə Əsədin dəvətilə getməyib”.
O bildirib ki, lakin Türkiyənin də maraqları və istəyi başadüşüləndir:
“Çünki Türkiyə özünün milli təhlükəsizliyini müdafiə etməyə çalışır. Rusiya özü də Suriyanın həmin ərazidə öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün atdığı addımları dəstəkləyir. Düşünürəm ki, Rusiya çalışacaq ki, Türkiyə-Suriya münasibətlərində ciddi problemlərin yaşanmasına səbəb olmasın. Çünki tərəflər öz aralarında əməkdaşlığın davam etdirilməsində və inkişafında maraqlıdır”.
Elmir
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.