Bakıda polis arvadını niyə öldürüb? - SƏBƏB + HADİSƏ YERİNDƏN VİDEO
30-09-2021, 13:19
Bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.
Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova BAKU.TV-yə baş verənlərlə bağlı danışıb. “Biz onların ailəsinə qarışmamışıq. Onu eşitmişik ki, evi yaxşı dolandırır, sadəcə qısqancdır. Bacım qızının heç telefon nömrəsini də bilməmişəm. Övladları var idi, biri oğlan, biri qız. Anası hələ də xəbərsizdir. Çox heyif o qızdan”, - deyə, Nəsibə Məmmədova bildirib.