Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Tbilisidə gizləndiyi evdə tutulmasının görüntüləri yayılıb. virtualaz.org xəbər verir ki, kadrlarda polis əməkdaşlarının Saakaşvilinin qoluna qandal vurduqları görünür. Eks-prezident masanın yanında dayanıb, masanın üzərində gürcü xəngəli, çörək və araq var. Qollarına qandal vurulandan sonra Saakaşvili masanın üstündən araq stəkanını götürür və içir. Gürcüstan hakimiyyətinin bildirdiyinə görə, Saakaşvili ölkəyə sentyabrın 29-da qeyri-leqal yolla daxil olub. Oktyabrın 1-də o, Gürcüstanda olduğuna dair video paylaşıb, həmin gün axşam Tbilisdəki mənzillərdən birində saxlanılıb. virtualaz.org