Sosial şəbəkələrdə təxribatçı dini çıxışlar edən qadın kimdir?

7-10-2021, 08:40   




Son vaxtlar sosial şəbəkələrdə zərərli dini təbliğat aparan, dini motivli çağırışlar edən, təxribat xarakterli davranışlara səsləyən müxtəlif videolar yayımlanır.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu tipli video yayanlardan biri də özünü Südabə kimi təqdim edən qadındır. Bir neçə gün əvvəl şəhid məzarında dini təbliğat aparan qadının da onların tərəfdarı olduğu bildirilib.
Dövlət Təhlükəsizliyi Xidməti də məsələyə dərhal reaksiya verərək, təxribatçı çağırışlarla bağlı xəbərdarlıq edib:
“Bir sıra hallarda bəzi şəxslərin Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları edib tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları, cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit olunub. 
Qeyd olunan şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunaraq qanunazidd davranışlarının qarşısı alınıb, dini, irqi və ya digər mənsubiyyətindən asılı olaraq nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarının Azərbaycan qanunları ilə müəyyən edilən qaydada məsuliyyətə səbəb olduğu barədə xəbərdar ediliblər”.
Sözügedən qadın son günlər videoların birini “xəbərdarlıq” başlığı ilə yayımlayıb və görüntülərdə İranı təbliğ edib, xalqı parçalamağa xidmət edən fikirlər səsləndirib.

Sosial şəbəkələrdə həmin qadının əslən erməni olan Marietta Vartanyan olduğu iddia edilib.
Bəs Marietta Vartanyan kimdir?
Belə ki, 2018-ci ildə mediada onunla bağlı araşdırma yayımlanıb. Bildirilib ki, mömin görkəmli bu qadın nə mömindir, nə Həcc ziyarətində olub, nə də azərbaycanlıdır.
Marietta Vartanyan (Kərimova) 1952-ci ilin martın 10-da Qazax şəhərində, erməni ailəsində doğulub. Anası erməni, atası isə kürd Məhərrəm Kərimov olub.
Mariettanın atası ilə anası ayrılıb, bundan sonra o, erməni anası ilə İrəvana gedib. Anasının orada ərə getməsindən sonra Bakıya qayıdan Marietta burada təhsil almaq qərarına gəlib. O, eyni zamanda, Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında işləməyə başlayıb.
Marietta baş inzibatçı vəzifəsində çalışan, "Daşnaksütyun"a xüsusi rəğbəti ilə tanınan Vrej Vartanyanla ailə həyatı qurub.
O, Armen və Arsen adlı iki oğlunu, Diana adlı qızını qatı osmanlı türkü, azərbaycanlı düşməni kimi böyüdüb.
Marietta oğulları Armenlə Arseni Dağlıq Qarabağa döyüşlərə göndərib və övladları döyüşdə yaralandıqdan sonra Azərbaycana nifrəti daha da artıb. O, özünü “İlhamə Cəfərzadə” kimi təqdim edərək, təxribatla məşğul olub.
***
Yazı dərc olunandan sonra oxucular "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildiriblər ki, bu qadının erməni əsilli “İlhamə Cəfərzadə” ilə əlaqəsi yoxdur. O, özünü şiə şeyxi kimi təqdim edən Töfid İsmayılbəylinin anasıdır.


РЕКЛАМА|18+

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.