Putinə inam minimum həddə düşüb

8-10-2021, 09:05   




2017-ci ildə orduya inam 69%, FSB və digər xüsusi xidmətlərə isə 57% idi
Rusiyalıların Prezidenti Vladimir Putinə inam səviyyəsi 53%-ə düşüb. Bu, 2012-ci ildən bəri minimum həddir. Bunu Levada mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb.
2012-ci ilin oktyabrında rəyi soruşulanların 51 faizi prezidentə inandığını demişdi. Bu göstəricidə 2017-ci ildən bəri azalma müşahidə olunur. O zaman respondentlərin 75 faizi Putinə inandığını deyirdi. Prezidentə ən böyük inam isə ondan iki il öncə qeydə alınmışdı – 80%.
Ən az və ən çox inanılan qurumlar
“Levada” təkcə prezidentə deyil, digər siyasi qurumlara da inamın azaldığını qeydə alıb. 2017-ci ildə Dövlət Dumasına 33% inandığını deyirdisə, indi 25 faizə düşüb. Dörd il qabaq hökumətə 35% respondent inandığını açıqlamışdı, indi bu göstərici 33%-dir.
Siyasi partiyalara inam 19%-dən 17%-ə düşüb.
Bu arada “Levada” son beş ildə kütləvi informasiya vasitələrinə inamın artdığını qeydə alıb. Bu göstərici 2016-cı ildə 27%-dən 2021-ci ildə 36%-ə yüksəlib.
Rusiyalılar həmçinin ən çox orduya (63%), xüsusi xidmətlərə (45%), kilsəyə və dini təşkilatlara (40%) və xeyriyyə təşkilatlarına (36%) inanırlar.
2017-ci ildə orduya inam 69%, FSB və digər xüsusi xidmətlərə isə 57% idi.
Rusiyalılar ən az siyasi partiyalara və dövlət Dumasına, iri biznesə (18%), həmkarlara (20%) və Federasiya Şurasına (25%) inanırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.