\
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim intihara cəhd edib. Unikal.org-un əldə etdiyi məlumata görə, həkim laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.İntihar etmək istəyən şəxs şöbə müdirinin onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib. Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bir müddət öncə Aynur Əsədlini məhkəməyə verib. Məhkəmə çəkişməsinə səbəb A.Əsədlinin institutdakı problemlərlə bağlı Dövlət Başçısına məktubla müraciət etməsi olub.
Məhkəmə prosesi oktyabr ayının 21-də keçiriləcək.