Hindistan ən nəhəng liman operatorlarından “Adani Qrup” konqlomeratı İran, Pakistan və Əfqanıstandan yük qəbulundan imtina edib.Axar.az xəbər verir ki, bu məlumatı “Əl Cəzirə” televiziyası yayıb.
Məlumata görə, konqlomerat bütün terminallarına, o cümlədən tərəfdaşlarına İrandan yük qəbulunu dayandırmağı tövsiyə edəcəyini bildirib.
Yüklərin qəbulu 15 noyabrdan etibarən tam dayandırılacaq.
Şirkətin belə qərarına səbəb Hindistanın Mundra limanda 3 ton narkotikin ələ keçirilməsi olub. Eyni zamanda, sentyabrda limanda 6 iranlı 20 milyon dollarlıq heroinlə ələ keçirilib.