Rusiya həbsxanalarında ‘işgəncə maşını’. Videolar yayılıb

24-10-2021, 16:33   


Oseçkin həmin müddətdə 200-dək məhbusun FSB və FSIN agentləri tərəfindən işgəncə gördüyünü, zorlandığını iddia edib
Rusiyanın tanınmış hüquq müdafiəçisi deyir ki, onun komandası məhbusların Federal Təhlükəsizlik Xidməti (FSB) və Federal Penitensiar Xidmət (FSIN) agentləri tərəfindən işgəncəyə məruz qalmasına dair videolar əldə edib.
Vladimir Oseçkin oktyabrın 4-də Facebook-da yazıb ki, videolar FSB və FSIN üzvlərinin məhbusları özləri ilə əməkdaşlığa məcbur etməkdən ötrü zorlamadan və işgəncənin digər formalarından istifadə etdiklərini və “özlərinin işgəncə maşınının bir hissəsinə çevrildiklərini” göstərir”.
Rusiya rəsmiləri iddialara və videolara münasibət bildirməyib.


40 giqabaytlıq video kliplər
Vot-tak.tv vebsaytında yerləşdirilmiş videolardan birində bir otaqda bir neçə nəfər çılpaq bir şəxsi çubuqla zorlayır.
Oseçkin videonun 2020-ci ilin fevralında Rusiya həbsxanasında çəkildiyini bildirir.
Mediazona vebsaytında dərc olunmuş üç videonun isə məhbusların Saratovda təcridxana həbsxanasında zorlandığını göstərdiyi bildirilir.
Oseçkin Vot-tak.tv-yə deyib ki, İT mütəxəssisi olan, bu yaxınlarda xaricə qaçmış keçmiş məhbusdan 40 giqabaytlıq video kliplər alıb.
Keçmiş məhbus da həbsdə işgəncə gördüyünü deyib. Həbsxana administrasiya onun peşəkarlığından istifadə edərək işgəncə verilən məhbusların videolarını hazırladıb, insan haqları fəalı belə deyir.



200-dək məhbus
Onun sözlərinə görə, keçmiş məhbusun 2018-2020-ci illətdə Vladimir, Saratov və İrkutskda müxtəlif təcridxanalarda videoların saxlandığı kompüterlərə çıxışı olub.
Oseçkin həmin müddətdə 200-dək məhbusun FSB və FSIN agentləri tərəfindən işgəncə gördüyünü, zorlandığını iddia edib. Onun əldə etdiyi videolarda isə 40 məhbusa qarşı pis rəftar sənədləşdirilib.
Oseçkin 2011-ci ildə Gulagu.net insan haqları qrupunu təsis edərək Rusiyada məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olur. O, 2015-ci ildə Rusiyanı tərk edib, Avropa Birliyinin açıqlanmayan ölkəsində yaşayır.
Rusiyanın “Roskomnadzor” mediaya nəzarət qrupu iyulda FSB və FSIN-in xahişilə bu qrupun vebsaytını bloklayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.