Şəhid anası intihara cəhd edib 44 günlük müharibədə yeganə övladını itirən Məmmədova Vüsalə Gülbala qızı bu gün dərman içərək intihara cəhd edib.
ANAXEBER.info xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumata görə, şəhid anasının yaxınları onun Gəncədəki 3 saylı xəstəxanaya yerləşdirildiyini və durumunun ağır olduğunu bildirib. “2020-ci ilin 17 oktyabrında Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında Şəhadətə yüksələn Həsənov Sahib Azər Oğlunun anası bu gün kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir. Bir il ərzində Gəncə icra hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib. Şəhidimizin nənəsi ilə telefonla danşdım. Deyir ki, "qızım bezdi, adamı nə qədər aldadarlar. Hər dəfə qızımı qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri "başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz" deyir. Dərdimizi kimə deyək?”, - yayılan xəbərdə bildirilir.
ANAXEBER.info