Ərdoğanın vəfatı ilə bağlı paylaşım edən 30 nəfər haqda araşdırma başladılıb

4-11-2021, 10:53   



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti barədə sosial şəbəkələrdə yayılan iddialarla bağlı 30 nəfər haqqında cinayət işi açılıb.
Baş Təhlükəsizlik İdarəsi tərəfindən verilən açıqlamada Kiber Cinayətlərlə Mübarizə İdarəsinin internetdə araşdırma apardığı bildirilib.
Bəyanatda deyilir:
“Aparılan virtual araşdırma çərçivəsində prezidentimiz cənab Rəcəb Tayyib Erdoğanı nəzərdə tutaraq Twitter sosial şəbəkəsində #ölmüş həştəqinin başladıldığı məlum olub.
Adıçəkilən həştəq altında dezinformasiya və manipulyasiya xarakterli, o cümlədən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanı təhqir edən, ələ salan 30 nəfər müəyyən edilib və barələrində lazımi hüquqi prosedurlar başladılıb.
Yalan, əsassız və dezinformasiya ehtiva edən yazılarla bağlı lazımi araşdırmalar aparılaraq məhkəmə orqanlarına göndərilir”.
Ötən gecə Twitter sosial şəbəkəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəfat etməsi barədə xəbərlər yayılıb. Qısa müddətdə geniş şəkildə müzakirələr səbəb olan mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.