İran və İsrail kəşfiyyatlarının müdafiə nazirinin evindəki uğursuzluğu

22-11-2021, 10:29   


Müəllif: Valeri Kantor
İsrailin müdafiə naziri Beni Qantzın evində təmizlik işləri ilə məşğul olan Omri Qoren sosial şəbəkələr vasitəsilə İran kəşfiyyatı ilə əlaqə qurmağa cəhd edib. O, niyyətinin ciddiliyini və Qantzın kompüterinə giriş imkanının olduğunu nümayiş etdirmək üçün nazirin kabinetinin, seyfinin, telefonunun və şəxsi əşyalarının fotolarını çəkib. Xidmətləri müqabilində isə iri məbləğdə pul tələb edib.
Yüz faizli yəhudi olan Omri Qorenin İran kəşfiyyatının nümayəndələri ilə yazışmalarını əldə edən İsrailin əks-kəşfiyyatı Şin Ben əvvəlcə narahat olub. Əvvəllər soyğunçuluğa və oğurluğa görə məhkum olunmuş 37 yaşlı Omri Qorenin xüsusi yoxlanma süzgəcindən keçdiyi və iki il müdafiə nazirinin evində çalışdığı bəlli olanda isə kəşfiyyatçıların halı xarablaşıb.

Omri Goren uğura yaxın idi
Əks-kəşfiyyatçılar üçün yeganə təsəlli ondan ibarətdir ki, Qoren heç nəyə nail olmayıb və məxfi materialları oğurlaya bilməyib, üstəlik onu məhz özləri zərərsizləşdiriblər. Əks halda çox sarsıdıcı qalmaqal yarana bilərdi. Axı milli təhlükəsizlik sahəsi ilə əlaqəsi olan hər kəsin, o cümlədən ev qulluqçularının yoxlanmasına görə məsuliyyəti məhz Şin Bet daşıyır.
Qorenin tarixçəsi yetərincə darıxdırıcıdır - Benni Qantzın evində çalışıb, ancaq həmişə böyük işlərə meyl hiss edib. Sonunda da İsraildə İran kəşfiyyatına bağlı sayılan, “Şirbit” şirkətinin saytına və cinsi azlıqların tanışlıq saytı “Atraf”a hücumlarda məsuliyyətli bilinən Black Shadow haker qrupu ilə təmas yaradıb.
O, haker qrupuna Qantzın kompüterinə məlumatları ələ keçirməyə imkan verən ziyankar “Troya atı” virusu yeritməyi təklif edib. Öz niyyətlərinin ciddiliyini və Qantzın kompüterinə giriş imkanının olduğunun təsdiqi kimi isə Qoren nazirin iş otağının, seyfinin, telefonunun və müxtəlif şəxsi əşyalarının fotolarını çəkib. Və təbii ki, əvəzində xeyli pul tələb edib.

İran kəşfiyyatı aldandı
Kəşfiyyat sənətinin bütün qaydalarına uyğun olaraq yazışmaların ələ keçirilməsindən sonra yaraşıqlı əməliyyat kombinasiyası, kiberşpil, İsrail xüsusi kəşfiyyatının nəzarəti altında “təşəbbüskar”ın sifarişçilərlə oyunu tələb olunurdu. İsrail əks-kəşfiyyatında Qoren vasitəsilə İran kəşfiyyatına strateji xarakterli dezinformasiya ötürmək şansı yaranırdı. Paralel olaraq Black Shadow qrupunun strukturu və onun gələcək kiberhücumlarının hədəfləri aydınlaşdırılmalıydı.
Perspektivləri dəyərləndirsəz anlayarsız ki, bu oyunun xoş və uzunmüddətli nəticələri ola bilərdi, üstəlik iranlılar da Qorenin təklifinə ciddi yanaşmışdılar. Ancaq fərqli qərar qəbul edilir - özünü casusluq sahəsində sınamaq qərarına gələn Qoreni həbs edirlər. Şin Betin rəsmi xəbərində bildirilir ki, “təhqiqat müdafiə naziri Qantzın tam yardımı və bilgiləndirilməsi şəraitində aparılır”.
Yəni, Qoren məhz nazirin göstərişi və razılığı ilə həbs edilir. Hadisə əməliyyat perspektivini itirir, Qorenin həbsindən sonra isə məsələ qapadılır. Sanki hər şey Şin Betin məşhur “kimsə səni öldürməyə gəlibsə, sən onu qabaqla və öldür” prinsipinə uyğun olunub, ancaq reallaşmayan əks-kəşfiyyat imkanlarına görə heyfsilənmək hissi qalır. Siyasi mülahizələr və qalmaqaldan qaçmaq cəhdləri milli təhlükəsizliyin tələblərindən və Black Shadow qrupunun dağıdılması zərurətindən yuxarıda dayanır, bu isə ifratdır.

Benny Qantz faciənin bir addımlığında idi
Üstəlik, yəhudi dövlətinin yəhudilərin düşmənə işləməsinin mümkünsüzlüyü haqda əminliyi də uğusuzluğa uğrayır. Son 2-3 ilin hadisələri göstərir ki, israillilər də xarici kəşfiyyat tərəfindən digər dövlətlərin vətəndaşları ilə eyni dərəcədə asanlıqla cəlb olunurlar - pulun qoxusu yoxdur, o, hamıya lazımdır. Və xarici kəşfiyyatlarla münasibətdə yəhudi mənşəyi bakirəliyin saxlanması üçün qarant deyil…
Və təbii ki, bu qalmaqal Şin Beti mülki şəxslərin yüksək məxfilik daşıyıcılarının əhatəsinə daxil olması üçün loyallığının yoxlanılması ilə bağlı ənənəvi protokola yenidən baxmağa vadar edəcək - kim bilir gələn dəfə nə baş verəcək, yüngül qazanc nümunəsi uğursuz olanda belə yoluxucudur.
Yeri gəlmişkən, Qantz 2019-cu ildə Binyamin Netanyahuya qarşı mübarizə aparanda Şin Bet xəbərdarlıq etmişdi ki, İran kəşfiyyatı onun mobil telefonundakı şəxsi məlumatlara giriş əldə edib. Həmin vaxt Qantzın komandası bunu siyasi opponentlərinin təxribatı hesab etmişdi. Qorenlə bağlı hadisə isə göstərdi ki, İsrailin müdafiə naziri İran kəşfiyyatçılarının əsas hədəfi olub, indi də qalmaqdadır və gələcəkdə də bu cür olacaq. Bir sözlə, ayıq-sayıqlıq onun xeyrinə olar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.