ABŞ və Ukrayna Rusiya ordusunun sərhəddəki fəaliyyətini yaxından izləyir

23-11-2021, 13:06   










Rusiyanın Ukrayna sərhədi boyunca qoşun toplaması ABŞ-ın həyəcanına səbəb olub və rəsmilər mümkün yeni işğal barədə xəbərdarlıq edib. Ukrayna rəsmiləri hazırda sərhəddə və Ukraynanın şərqində Rusiyanın nəzarətində olan bölgələrdə 90 min rus əsgərinin yerləşdirildiyini təxmin edir.
Bu ayın əvvəlində ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya Vaşinqtonun vəziyyəti “çox yaxından” izlədiyini deməsi gündəmin ön sıralarında yer alıb.
“Biz Rusiyanın qeyri-adi hərbi fəaliyyəti ilə bağlı xəbərlərdən narahatıq” - deyə, Blinken Dövlət Departamentində bildirib.
Keçən həftə Pentaqonda ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşən
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin hazır olduğunu deyib.
ABŞ müdafiə naziri Lloyd Austin və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Pentaqonda görüşür
ABŞ müdafiə naziri Lloyd Austin və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Pentaqonda görüşür
“Bizim kəşfiyyatımız, Amerika kəşfiyyatı, Britaniya kəşfiyyatı öz işlərini görür. Əldə edilənləri müqayisə etdik və eyni mənzərəni gördük. Biz səkkiz ildir ki, Rusiya ilə bu hibrid müharibəsində yaşayırıq. Buna görə də bizim üçün bu, gözlənilməz deyil” - deyə, Reznikov Amerikanın Səsinə müsahibəsində bildirib.
Ostinlə görüşü zamanı Reznikov Amerikadan dəstək istəyib.
“Prezident (Co) Baydenin prezident Vladimir Zelenskiyə dediyi kimi, sizi əmin etmək istəyirəm, Ukraynanın özünümüdafiəsi, suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz sarsılmazdır”- deyə, Ostin bildirib.
ABŞ-ın müdafiə naziri ,həmçinin Qara dənizin təhlükəsizliyi, kiber-müdafiə və kəşfiyyat məlumatlarının mübadiləsi kimi sahələrdə ABŞ-Ukrayna əməkdaşlığının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Bazar ertəsi Rusiyanın kəşfiyyat agentliyi Moskvanın işğal planlaşdırdığına dair iddiaları rədd edən bir bəyanat yayıb.
Rusiya xəbər agentlikləri isə Vaşinqtonu “Ukraynaya hərbi müdaxilə etmək üçün ölkəmizin ərazisində qüvvələrin cəmləşdirilməsi ilə bağlı tamamilə yalan məlumat” yaymaqda ittiham edib.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.