Qara dəniz üzərində HOMER79 çağırış nişanlı Amerika kəşfiyyat təyyarəsi görünüb. “RİA Novosti”-nin PlaneRadar portalına istinadən verdiyi məlumata görə, təyyarə Krım sahilləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirirdi.Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin 38-ci RS / 55-ci WG, “Boeing RC-135V Rivet Joint” təyyarəsi Krit adasındakı bazadan səmaya qalxaraq Qara dəniz bölgəsindəki vəziyyəti araşdırıb. O, Rusiyanın Qara dəniz sərhədi yaxınlığında uçduqdan sonra Ermənistan və Azərbaycan sərhədi boyunca kəşfiyyat uçuşuna çıxıb, daha sonra Gürcüstanın hava sərhəddini keçib.
KİV-lərin məlumatına görə, dekabrın 3-də Təl-Əviv-Moskva marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi Amerika kəşfiyyat təyyarəsi ilə təhlükəli yaxınlaşmamaq üçün Qara dəniz üzərində istiqaməti dəyişməli olub. “RİA Novosti” xəbər verir ki, bu məlumatı Federal Hava Nəqliyyatı Agentliyi təsdiqləyib.
virtualaz.org