İsrailin keçmiş baş naziri Benyamin Netanyahu heç vaxt fələstinlilərlə sülh olmasını istəməyib.Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp “Axios” nəşrinə açıqlamasında deyib.
O bildirib ki, məhz Netanyahunun mövqeyi səbəbindən Yaxın Şərq Sülh Planı qeyri-effektiv olub:
“Prezidentliyə başladıqdan qısa zaman sonra sülhün qarşısındakı maneənin Netanyahu olduğunu anladım. Fələstin rəhbəri Mahmud Abbas isə sülh sazişi olmasını istəyirdi. Olduqca mədəni biri idi. Mənim bütün həyatım müqavilələrlə keçdi. Netanyahu ilə telefonda danışıqdıqan sonra sözünü kəsdim və “Bibi (Netanyahu), sən razılaşmaq istəyirsən, ya yox? O da “nala-mıxa vurdu”. O, heç vaxt razılaşma istəmirdi”.