İsrail kəşfiyyatından etiraf: “Süleymaninin ölümündə əlimiz var”

21-12-2021, 15:05   



İsrail kəşfiyyatından etiraf: “Süleymaninin ölümündə əlimiz var”
Hurriyyet.az xəbər verir ki, İsrail kəşfiyyatı İranın İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə rəhbərlik edən general Qasım Süleymaninin ölümündə əli olduğunu etiraf edib. “Yerusəlim Post” qəzetinin yazdığına görə, İsrail kəşfiyyatının keçmiş rəhbəri, general-mayor Tamir Hayman ölkə rəhbərliyinin “Əl Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin ölümündə rolu olduğunu söyləyib.
Tamir Hayman deyib: “Süleymaninin ölümü nailiyyətdir, çünki, mənim fikrimcə, bizim əsas rəqibimiz iranlılardırlar”. O əlavə edib ki, yüksək vəzifəli generalın qətli ilə yanaşı, İsrail kəşfiyyatı həm də Tehrandan Suriyaya pul və silah axınını dayandırmağa çalışıb.
Qasım Süleymani 2020-ci il yanvarın 3-də, İraqın Bağdad şəhərində ABŞ tərəfindən raket atəşi nəticəsində öldürülüb. Generalla birlikdə onu müşayiət edən zabitlər və İraqdakı şiə döyüşçülərin komandanının müavini Əbu Mehdi əl Mühəndis də öldürülüb. Buna cavab olaraq, Tehran yanvarın 8-də Amerikanın İraqdakı obyektlərinə onlarla raket zərbəsi endirilib. Əməliyyata “Şəhid Süleymani” adı verilib.
Hürr Tərcüman
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.