Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər...

3-01-2022, 10:38   


Çinin “Sohu” portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənub sərhədlərində cəmləşdirməkdə davam etdiyini qeyd edib.
Yazar bildirir ki, bölgə təkmilləşdirilmiş hava hücumundan müdafiə çoxfunksiyalı radiolokasiya stansiyası (radar) və havada incə hədəflərin aşkarlanması və izlənilməsi sistemi ilə təchiz olunub. Hansısa təcavüzkar hərəkətlər olarsa, NATO “böyük sürpriz”lə qarşılaşacaq. Müəllifin sözlərinə görə, F-35-lər Krımda yerləşdirilən modernləşdirilmiş S-300PM-2 hava hücumundan müdafiə sistemləri vasitəsilə 200-250 kilometrdən zərərsizləşdiriləcək.
“Amerika F-35-ləri Rusiyanın hava məkanını pozan kimi bu qurğular tərəfindən amansızcasına vurulacaq” - yazar qeyd edib.
O xatırladıb ki, Qara dənizin strateji mövqeyi ABŞ və NATO-ya bir çox mühüm şəhərlərə zərbələr endirməyə imkan verir. Bununla belə, Moskvanın S-300, S-400 və S-500-dən ibarət geniş hava hücumundan müdafiə şəbəkəsi Qərb koalisiyasını fikrini dəyişməyə və Rusiyaya qarşı təxribat xarakterli hərəkətlər etməməyə məcbur edəcək.
Qeyd edək ki, son vaxtlar Amerika və Avropa mediası Moskvanın Kiyevə hücum edəcəyi ilə bağlı xəbərlər dərc edir. Kreml dəfələrlə bu ittihamları rədd edib və qeyd edib ki, bu cür hərəkətlər NATO qüvvələrini Rusiya sərhədləri yaxınlığında toplamaq üçün istifadə olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.