Qazaxıstanda yeni hökumət: Vəziyyət dəyişəcək?

8-01-2022, 19:11   


Qazaxıstanda yeni hökumət: Vəziyyət dəyişəcək?

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-də yeni hökumət başçısının namizədliyini təqdim edəcək.
Xatıraldaq ki, iki gün əvvəl dövlət başçısı hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərliyi ələ alaraq, ilk dövlət başçısı Nursultan Nazarbayevi bu vəzifədən uzaqlaşdırıb.
Qazaxıstanda kütləvi aksiyaların qarşının silahlı yolla alınmasından sonra dövlət başçısından narazılıq əvvəlkindən daha çox artıb. Yeni hökumətin Prezident Tokayevə yaxın komandadan formalaşağını nəzərə alsaq, onun cəmiyyətə tərəfindən asan qəbul olunacağını söyləmək çətindir. Bu halda yeni Baş nazirin və hökumətin fəaliyyətinin effektiv olacağı sual doğurur.
Bununla bağlı Cebhe.info-ya danışan Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Qazaxıstanda baş verən etiraz aksiyaları fonunda hökumətin istefaya göndərilməsi, Nursultan Nazarbayevin Təhlükəsilik Şurasının sədri postundan uzaqlaşdırılması və Prezident Tokayevin hakimiyyətini saxlamaq üçün Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatından hərbi yardım istəməsi, bu ölkədə ciddi siyasi böhranının yaranmasından xəbər verir:

“Tokayev etirazların ilk günlərində hökuməti istefaya göndərib müəyyən tələbləri yerinə yetirsə də etirazlar siyasi müstəviyə keçdi və ümumilikdə, daxili siyasi böhran, xaos inkişaf etdi. Ölkədə sabitlik hələ də bərpa olunmayıb. İndi Qazaxıstan Prezidenti hökuməti formalaşdırmağa, yeni Baş nazir təyin etməyə çalışır. Yəni Qazaxıstan yeni mərhələyə daxil olub. Lakin bu mərhələ Qazaxıstan üçün daxili siyasi sabitlik və normal iqtisadiyyat vəd etmir.
Fikrimcə, yeni hökumətin işi də səmərəli olmayacaq. Yerli əhali xarici ölkələrin hərbçilərinin Qazaxıstanda olmasını qəbul etməyəcək. 1989-cu il hadisələrinin ağrıları hələ də qazax xalqının yadından çıxmayıb. Ona görə də rus hərbçilərinin proseslərə müdaxiləsini işğal faktı kimi qəbul edir. Bu səbəbdən, Tokayevin formalaşdırdığı hökumətə xalq etimad göstərməyəcək və onu Rusiyanın “marionet”i kimi qəbul edəcəklər. Qazaxıstanda baş verənləri böyük güclərin maraq toqquşması kimi də şərh etmək olar.
Tokayevin yürütdüyü siyasət Qazaxıstanda vəziyyətin tam normallaşmasına müsbət təsir etməyəcək. Çünki Qazaxıstanda Belarus presedenti formalaşır. Qazaxıstan da Belarus kimi Rusiyadan asılı dövlətə çevriləcək. Düşünürəm ki, daxili siyasi böhran davam edəcək və yeni hökumətin təşkili heç də sabitliyə yol açmayacaq. Qazaxıstanda iqtisadiyyatın dirçəldilməsi və əvvəlki kimi inkişafı mümkün olmayacaq. Rusiya bu ölkədə başqa qüvvələrin hakimiyyətə gəlməsinə mane olmağa çalışacaq”.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.