Avropa bərk narahatdır: Oyundan kənarda qalıb

13-01-2022, 14:29   


Avropa bərk narahatdır: Oyundan kənarda qalıb

Avropa İttifaqı hakimiyyət orqanlarının nümayəndələrinin onlar üçün həyati vacib təhlükəsizlik məsələlərini müzakirə edən Rusiya-NATO Şurasının iclasına dəvət edilməməsindən narahatdır.
Cebhe.info “The Guardian”- a istinadən yazır ki, Polşanın keçmiş xarici işlər naziri, hazırda Avropa Parlamentində nümayəndə olan Radoslav Sikorski vəziyyətin “böyük narahatlıq” doğurduğunu bildirib.
O vurğulayıb ki, Avropa İttifaqı həm Ukrayna, həm də Rusiya ilə qonşudur və onların arasında baş verənlər bir neçə Aİ üzvü olan dövlətə təsir edir. O qeyd edib ki, 2014-cü ildə Aİ-nin xarici işlər naziri Ketrin Eşton ABŞ, Rusiya və Ukrayna arasında Cenevrədə keçirilən danışıqlarda iştirak edib, lakin sonra Fransa və Almaniya Ukrayna məsələsinin Rusiya ilə müzakirəsini daha dar - Normandiya formatına keçiriblər.
Sikorski həmçinin qeyd edib ki, bir sıra belə səhvlər Aİ üçün həyati vacib məsələnin həllinə qadağa qoyulduğu vəziyyətə gətirib çıxarıb.
Öz növbəsində, Avropa diplomatiyasının rəhbəri Cozef Borrell BBC televiziya və radio korporasiyasına bildirib ki, ABŞ onu yaxın əməkdaşlıq, koordinasiya və iştirak olmadan heç bir şeyin razılaşdırılmayacağına əmin etsə də, AB bilərəkdən hər hansı bir razılaşmadan kənarlaşdırılıb.
Eyni zamanda, Borrell “Twitter” mikrobloqlar şəbəkəsində yazıb ki, NATO-nun baş katibi Yens Stoltenberq Fransanın Brest şəhərində Aİ müdafiə nazirliklərinin rəhbərləri ilə görüşdə onlara Rusiya-NATO Şurasının iclasının nəticələri barədə məlumat verib.
Xatırladaq ki, ötən gün alyansın Brüsseldəki mənzil-qərargahında Rusiya-NATO Şurasının dörd saata yaxın davam edən iclası keçirilib. Bu, şuranın son 2,5 ildə ilk iclasıdır. Daha sonra ABŞ Senatı Rusiya Federasiyasına qarşı yeni sanksiyalar layihəsini açıqlayıb.
Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.